ÇİYİN TRAVMASI

ÇiyinÇiyin travmasının “öz-özünə” sağalmasını gözləməyin! Reabilitasiya vaxtında keçirilməzsə təkrar travma riski son dərəcə yüksək qalır.

Çiyin travmalarına adətən yıxılma zamanı, zərbələrdən, sərt əşya ilə toqquşmadan, çiynin üzərinə ağırlıqların düşməsindən, son dərəcə ağır idman yüklərindən sonra rast gəlinir. Çiyin travması zamanı həm yumşaq toxumalar, həm də sümüklər zədələnə bilər.

Sınıq və ya çatlaq mövcud olduqda “Symmetria” mərkəzində reabilitasiya keçirmək üçün onların birləşməsini gözləmək lazımdır. Yumşaq toxumaların zədələnməsi zamanı mərkəzin həkimləri müalicəyə dərhal başlaya bilər (bəzi hallar istisna olmaqla).

loading...

Travma zamanı çiyin aparatının aşağıdakı strukturları zədələnə bilər:

əzələlər;

vətərlər;

bağlar;

oynaq kapsulu;

oynaq dodağının (sümüyün başlığına hərəkət etməyə kömək edən qığırdaq) səthi.

Çiyin travmaları zamanı ən çox aşağıdakı şikayətlər müşahidə edilir:

çiyində ağrı;

çiyin oynağında hərəkətlərin məhdudluğu;

dirsəkdə, boyunda uzaq ağrılar;

yumşaq toxumaların ödəmi.

Çiyin travması müalicə olunmazsa vaxt keçdikdən sonra çiyin qurşağının əzələləri travmaya məruz qalmış strukturları işə salmadan işləməyi öyrənir. Bu, hərəkətlərin patoloji stereotipinin yaranmasına gətirir və bunun nəticəsində çiyin strukturlarının qidalanması pozulur və çiyin-kürək periartrozu və ya “donmuş çiyin” sindromu yaranır.

Dr. Vüsal Mahmudov

loading...

Bunuda oxu...