ÇIXIQLAR, NÖVLƏRİ VƏ ƏLAMƏTLƏRİ

Zədədən yaxud müəyyən patoloji prosesdən sonra oynaqdakı sümüklərdən birinin oynaq səthinə münasib möhkəm vəziyyətdə yerdəyişməsinə çıxıq deyilir. Oynaqda əsasən iki, bəzən isə üç sümük iştirak edir. Çıxığın adı oynaqdan periferiyaya doğru yerləşən sümüyün adı ilə adlanır, çünki həmin periferiyadakı sümüyün başı oynaqdan çıxaraq yerini dəyişir.

Çıxıqlar tam, yəni oynaq başı oynaq çuxurundan tamamilə önə, arxaya və başqa istiqamətə doğru yerini dəyişir və natamam, yəni oynaq başı oynaq çuxurundan hissəvi çıxaraq, yerini bir az, yaxud qismən dəyişir. Ən çox çıxıqların növü travmatik çıxıqlardır (90%), daha az patoloji çıxıqlardır. Anadangəlmə çıxıqlarda müşahidə olur. Çıxıqlar bir neçə уеrə bölünür: vaxta görə – yeni çıxıq (1-3 günə qədər), yeni olmayan çıxıq (3-4 həftəyə qədər), köhnəlmiş çıxıq (4-5 həftədən aya və illərə qədər); mənşəyinə görə travmatik, qazanılma, patoloji və anadangəlmə, eyni zamanda adəti və ağrılaşmış çıxıqlar da olur.

Travmatik çıxıqlar. Müxtəlif səbəblərdən, məsələn, zədənin düz istiqamətdə bilavasitə oynağın özünə endirilməsi nəticəsində, yıxılarkən ovucun içi уеrə dayaq verildikdə, əzələlərin həddindən artıq gərilməsi, yığılması, oynağın normadan artıq açılmasıdır. Bağların və əzələlərin zəifliyi nəticəsində hər hansı xarici kiçik zədənin təsirindən çıxıq baş verir. Zədənin gücündən asılı olaraq bəzən bağ bağlanan yerindən sümüklə bir yerdə qoparaq qırılır. Daha çox çıxığa yuxarı ətrafda, xüsusən də bazuda daha çox rast gəlinir. Oynaqda hemartroz, sinirlərin sıxılması, əzilməsi hallar da müşahidə edilir.

loading...

Çıxıqların əlamətləri belədir:

  • oynağın funksiyasının pozulması;
  • ağrı çıxığın nəticəsində ətrafın vəziyyətinin dəyişməsini istəyi zamanı daha kəskin güclənməsi;
  • oynağın əvvəlki normal vəziyyətə gətirilməsi zamam müqavimətin olması;
  • ətrafın məcburi vəziyyəti: Məsələn, çiyin oynağının çıxığı zamanı, zədə almış xəstə qolunu dirsək oynağında bükülmüş bədəndən bir az yana aparılmış vəziyyətdə saxlayır;
  • oynağın formasının dəyişməsi;
  • oynaqda passiv və aktiv hərəkət olmur, oynağa hərəkət verdikdə “yaylı hərəkət” əlaməti meydana çıxır. Ağrıdan məcburi bükülmüş qolu açmaq istədikdə, xəstə müqavimət göstərərək ağrının təsirindən qolunu daha da artıq bükür;
  • ətrafın şişməsi, hissiyatın və zədələnmiş nahiyyənin periferik hissəsində hərəkətlərin pozulması.

Patoioji çıxıqlar. Bu növ çıxıqlar sümük – oynaq vərəmi, oynaqda iştirak edən periferik sümüyün osteomiyeliti, artrozlar, oynaq şişləri, oynağın əzələ və bağların polimiyeliti səbəb ola bilərlər.

Anadangəlmə çıxıqlar. Əsas səbəb oynaqların dölün ana bətnində inkişafdan qalmasıdır. Hamiləlik dövründə bəzi xarici amillərin təsiri, məsələn, B2 vitaminin çatışmazlığı səbəb ola bilər. Bu çıxıqlar ən çox bud oynaqlarında rast gəlinir, əsasən uşaq yeriməyə başladıqda (9 ayında, 1 yaşında) diaqnoz qoyulur. Əsas əlamətləri: uşaq yeriyərkən axsayır, ətrafı gödək olur, ağrılar baş verir, çaq forması dəyişir. İkitərəfli bud çıxığında uşaq yeriyərkən iki tərəfə əyilə-əyilə, axsayaraq yeriyir. Belə yerişə “qaz yerişi” deyilir.

Adəti çıxıqlar. Keçmişdə travmatik çıxığı olan bəzi şəxslərdə kiçik bir hərəkətdən sonra residiv çıxığa, sonralar isə həmin ətrafın hər hansı bir hərəkəti onun tez çıxmasına səbəb olur. Bəzən çıxığı yerinə saldıqdan sonra yenə də çıxır. Belə çıxıqların əmələ gəlməsinin əsas səbəbi oynaqda iştirak edən bağlar, əzələlər oynaq kapsulunun çox zəif olmasıdır.

loading...

Bunuda oxu...