CİVƏ QORXUSU

Qırılmış termometrdən dağılan civə qorxuludurmu?

Civə bir metaldır, metal deyəndə bərk bir şey düşünürük, amma civə maye formada olan metaldır. Həm də ağır metaldır. Onunla zəhərlənmə əsasən sinir sistemini və böyrəkləri zədələyir. Necə olur ki, civə ilə zəhərlənmə olur. Civə bir çox şey tərkibində olur və üzvi, metal formada olur.

Analar əsasən uşaqların tez-tez qarşılaşa bildiyi termometr təhlükəsindən qorxur. Termometrdəki metal civədir. Metal civə ağızdan udulanda elə də çox sorula bilmir və təhlükə yaratmır. Amma nəfəslə 70-80% sorulur və zədələyir. Necə olur ki civə nəfəslə sorulur. Termometr sınan zaman sağılan metal civə otaq hərarətində asanlıqla buxarlana bilir. Ona görə əgər termometr sındısa edəcəkləriniz bunlardır:

loading...

otaq havasını mümkün qədər çox dəyişmək

həmin yerdən uşaqları çıxarmaq

çılpaq əllə civəyə toxunmaq olmaz, dəridən sorula bilir

dağılan kiçik civə muncuqlarını birləşməsinə şərait yaratmaq. Çünki belə olanda hava ilə təması sahəsi azalır

civəni içində su olan ağzı bərk bağlanan qaba yığmaq

xalça filan civəyə bulaşdısa onu işlətməmək

tozsoran işlətməmək

civəni kanalizasiyaya axıtmamaq

xalça altı, şkaf altını yaxşı yoxlamaq ki sonra buxarlanmasın.

FHN – nə xəbər vermək

Kəskin və xroniki olan civə zəhərlənmələrində müxtəlif əlamətlər olur. Sadalamıram ki çox narahat olmayasız. Bunlara riayət edin yetər.

Bir nəticə də budur ki, civəni udmaqla zəhərlənmə baş vermir. Evdə qalarsa buxarlanıb zəhərlənmə verə bilir.

Həşərat öldürən bəzi dərmanlarda üzvi civə olur, o isə həzm sistemi ilə də sorulur.

Dr. Aytən İsmayılzadə

loading...

Bunuda oxu...