CİNSİYYƏT ORQANLARI

Cinsiyyət orqanlarına kişi və qadın cinsiyyət orqanları aiddir. Kişi cinsiyyət orqanları. Kişi cinsiyyət orqanları mənşə cəhətcə iki qrupa bölünür: 1) daxili cinsiyyət orqanları, 2) xarici cinsiyyət orqanları.

Kişi daxili cinsiyyət orqanlarına xayalar, xaya artımları, toxumdaşıyıcı axacaqlar, toxum kisəcikləri, prostat vəzi, xarici cinsiyyət orqanlarına isə kişi cinsiyyət üzvü, sidik kanalı və xayalıq aiddir.

Xaya. Xayalar yastılaşmış ellipsoid şəklində cüt kişi cinsiyyət vəziləri olub, xayalıqda yerləşir və özü də kişi cinsiyyət hüceyrəsi – spermatozoid və cinsiyyət hormonunu ifraz edir. Hər bir xayanın çıxıq bayır və basıq içəri səthi, ön və arxa kənarı, yuxarı və aşağı ucu vardır.

loading...

Xaya artımı. Xaya artımı retortayabənzər orqan olub, xayanın arxa kənarına söykənir.

Xaya artımı daxili quruluşca xayadan gələn 12-15- dək aparıcı axacaqlardan ibarətdir. Bu axacaqlar xaya torundan başlanaraq, xaya artımının başına daxil olur, onun kütləsində bir neçə dəfə qıvrılaraq xaya artımı paycıqlarını əmələ gətirir. Aparıcı axacaqlardan ən yuxarıdakı uzun olub, yerdə qalan axacaqları qəbul edərək, xaya artımı axacağını təşkil edir. Xaya artımı axacağından toxumdaşıyıcı axacaq başlanır.

Toxumdaşıyıcı axacaq. Toxumdaşıyıcı axacaq 50-60 sm uzunluğunda silindrəbənzər bir borudur.

Toxumdaşıyıcı axacaq xaya artımı axacağından başlanaraq, onun içəri tərəfilə yuxarı gedir və xayanın ucu bərabərində toxum ciyəsinə çatır. Sonra toxum ciyəsinin tərkibində qasıq kanalma keçir və onun dərin halqasından kiçik çanağa enir. Beləliklə, toxumdaşıyıcı axacaq gedişinə görə dörd hissəyə bölünür: 1) xaya hissəsi, 2) ciyə hissəsi, 3) qasıq hissəsi, 4) çanaq hissəsi.

Çanaq hissəsi düz bağırsaqla sidik kisəsinin arasından keçib, sidik kisəsinin dibinə çatır. Burada toxumdaşıyıcı axacağın ucu genələrək, onun ampulunu əmələ gətirir. Bu da tədricən daralaraq, prostat vəzinin yuxarı kənarı bərabərində toxum kisəciyinin çıxarıcı axacağı ilə birləşir və toxumtullayıcı axacağı əmələ gətirir. Toxumtullayıcı axacaq 1,5-2 sm uzunluğunda olub, prostat vəzini arxa tərəfdən dəlir və sidik kanalının prostat hissəsinə açılır.

Toxumdaşıyıcı axacaq xayadan ta qasıq kanalının dərin halqasına qədər bir sıra damar (xaya arteriya və venaları) və sinirlərlə müşayiət olunur ki, bunlar da hamısı birlikdə toxum ciyəsini əmələ gətirir.

Toxum kisəcikləri. Toxum kisəciyi 5 sm uzunluğunda cüt orqan olub, sidik kisəsinin dibi ilə düzbağırsaq arasında, toxumdaşıyıcı axacaq ampulunun bayır tərəfində yerləşir.

Toxum kisəciyinin aşağı ucu nazikləşərək, toxumçıxarıcı axacağa keçir ki, bu da toxumdaşıyıcı axacaqla birləşərək, toxumtullayıcı axacağı əmələ gətirir. Həmin axacaq sidik kanalının prostat hissəsinə açılır.

Prostat vəzi. Prostat vəzi bozumtul rəngdə, şabalıdabənzər orqan olub, sidik kisəsinin altında yerləşir, ön tərəfdən qasıq bitişməsinə, arxadan düz bağırsağa və aşağıda sidik-ciıısiyyət diafraqmasma söykənir.

Prostat vəzinin parenximası 30-50 paycıqdan təşkil olunmuşdur. Prostat vəzi quruluşca başqa vəzilərdən kütləsində saya əzələ liflərinin olması ilə fərqlənir. Bu vəzinin ifraz etdiyi şirə – ağımtıl zülali maye, xüsusi qoxuya malik olub, koitus (cinsi əlaqə) zamanı ifraz olunaraq spermaya qarışır və spermatozoidlərə təsir edərək, onları hərəkətə gətirir.

Kişi cinsiyyət üzvü. Kişi cinsiyyət üzvü xarici cinsiyyət orqanlarına aid olub, vəzifəsi spermanı (toxumu) qadın cinsiyyət orqanlarına tökmək və sidiyi xaricə çıxarmaqdır. Kişi cinsiyyət üzvü quruluşca cinsiyyət üzvünün iki ədəd mağaralı cismindən və cinsiyyət üzvünün süngərəbənzər cismindən təşkil olunmuşdur. Hər bir mağaralı cisim birləşdirici toxuma qişasına malikdir ki, bu da içəriyə doğru arakəsmələr verərək, bir çox boşluqlara bölünür. Bu boşluqlar qanla dolu olur.

Qadın cinsiyyət orqanları. Qadın cinsiyyət orqanları da kişi cinsiyyət orqanları kimi iki qrupa bölünür: 1) daxili cinsiyyət orqanları, 2) xarici cinsiyyət orqanları.

Qadın daxili cinsiyyət orqanlarına yumurtalıqlar, uşaqlıq, uşaqlıq boruları, uşaqlıq yolu aiddir; bunlar kiçik çanaqda düz bağırsaqla sidik kisəsi arasında yerləşir. Xarici cinsiyyət orqanlarına qasıq dağcığı, böyük və kiçik cinsiyyət dodaqları, klitor, uşaqlıq yolu dəhlizi, dəhliz soğanağı, dəhliz vəziləri və qızlıq pərdəsi aiddir.

Yumurtalıq. Yumurtalıq cüt qadın cinsiyyət vəzisi olub, kiçik çanaqda, uşaqlığın yan tərəflərində və uşaqlığın enli bağının arxasında yerləşir. Hər bir yumurtalıq ellips şəklində olub bayır və içəri, sərbəst və müsariqə kənarı, boru və uşaqlıq ucu vardır. Yumurtalığın uşaqlıq ucu onun xüsusi bağı vasitəsilə uşaqlığın cisminə bağlanır.

Yumurtalığın sərbəst kənarı çıxıq olub arxaya baxır, düz kənarı isə önə doğru baxaraq uşaqlığın enli bağına bitişir. Düz kənarında onun qapısı yerləşir, buradan isə daxilinə qan damarları keçir. Yumurtalığın bayır səthi qövsi xəttin altında çanağın yan divarına söykənir, içəri səthi isə uşaqlıq borusuna baxır və uşaqlıq borusu saçaqları ilə örtülmüş olur.

Yumurtalığın kütləsi iki qatdan – qabıq maddədən və beyin maddədən ibarətdir.

Qabıq maddədə qadın cinsiyyət hüceyrəsi – yumurta əmələ gəldiyi üçün o, yumurtalığın ən əhəmiyyətli hissəsi hesab olunur.

Büluğ dövründən başlayaraq, ayda bir dəfə, hər 28 gündən bir ilk follikul inkişaf edərək, yetişmiş follikula çevrilir. Tam yetişmiş follikul yumurtalığın səthinə yaxınlaşır, divarı nazikləşdiyi üçün içərisindəki mayenin təzyiqinə davam gətirməyib partlayır və mayenin təzyiqi nəticəsində yumurta xaricə, yəni periton boşluğuna tullanır. Periton boşluğuna tullanan yumurta hüceyrəsi uşaqlıq borusu qıfının saçaqları vasitəsilə tutularaq, uşaqlıq borusuna, oradan isə uşaqlığa daxil olur.

Qadın cinsi əlaqədə olmuşsa, yumurta hüceyrəsi mayalanır və hamiləlik əmələ gəlir. Yumurta mayalanmırsa, tələf olur və növbəti aybaşı olur. Yumurtalığın vəzifəsi cinsi yetişkənlik dövründən başlayaraq qadın cinsiyyət hüceyrəsi və cinsiyyət hormonu ifraz etməkdir.

Uşaqlıq borusu. Uşaqlıq borusu 10 – 12 sm uzunlu¬ğunda silindrəbənzər cüt orqan olub, uşaqlığın yan tərəflərində, enli bağın yuxarı kənarında yerləşir və yumurtalıqdan yumurta hüceyrəsini uşaqlığa keçirir.

Uşaqlıq borusu uşaqlıq, uşaqlıq yolu və xarici cinsiyyət orqanları vasitəsilə periton boşluğunu xarici mühitlə birləşdirir. Beləliklə də qadınlarda periton boşluğu xarici mühitlə rabitədə olur.

Uşaqlıq. Uşaqlıq yastılaşmış armudabənzər tək əzələli orqan olub kiçik çanaqda, düz bağırsaqla sidik kisəsinin arasında yerləşir.

Uşaqlığın vəzifəsi dölləıımiş yumurtam müəyyən vaxt öz daxilində bəsləmək və döl yetişdikdən sonra yığılaraq onu xaricə çıxartmaqdır.

Uşaqlıq yolu. Uşaqlıq yolu 8 – 10 sm uzunluğunda, öndən-arxaya doğru yastılaşmış kanal olub, uşaqlığı xarici cinsiyyət orqanları ilə birləşdirir. Uşaqlıq yolunun aşağı ucu uşaqlıq yolu girəcəyi vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır. Uşaqlıq yolu girəcəyi qızlarda qızlıq pərdəsi ilə əhatə olunur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...