CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALAR

SƏHƏRLƏR SEKSBu gün son zamanların aktual mövzularından biri olan cinsi yolla keçən infeksiylardan danışacam.

Kişi və qadın sonsuzlugunun ən geniş yayılmış səbəblərindən biri cinsi yolla keçən infeksiyalardır. Öz sağlamlığına biganəlik, cinsi əlaqə zamanı qorunmamaq bu infeksiyaların insana keçmə ehtimalını artırır.

Bir çox hallarda buna diqqət etməyən gənclərimiz, sonradan ailə quranda ciddi fəsadlarla rastlaşırlar. Əlavə olaraq qeyd edim ki, cinsi əlaqə zamanı keçən infeksiyalar müalicə olunmadıqda hamiləlik və doğuş zamanı anadan körpəyə keçə bilər.

loading...

Cinsi yolla keçən infeksiyalara aşağıdakılar aiddir:

Bakterial infeksiyalar

Xlamidioz

Mikoplazmoz

Qonoreya

Sifilis

Virus mənşəli infeksiyalar

Papilomavirus

Herpes

İtiuclu kandiloma

QİD-Spid infeksiyası

Göbələk mənşəli kandidozlar

Parazitar mənşəli infeksiyalar

Qoturluq

Qasıq gənəsi

Protozoy mənşəli infeksiyalar

Trixomonoz

Əgər hər hansı insan özündə cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini müşahidə edərsə o, dərhal ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir.

Lakin onu da nəzərə almaq lazımdır ki, bir çox hallarda cinsi yolla keçən infeksiyalar özünü heç bir simptomla biruzə vermir! Bu səbəbdən ailə qurmaq istəyən hər bir şəxs (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinədən keçməli və lazım gəldikdə müalicə almalıdır.

Dr. Teymur Məmmədov

loading...

Bunuda oxu...