CİNSİ İNFEKSİYALAR VƏ ONLARDAN QORUNMA QAYDALARI

Seksual infeksiyalarCinsi yolla ötürülən xəstəliklər geniş bir bakteriya, virus, göbələk və parazitar infeksiya qrupudur. Bu xəstəliklər cinsi həyat yaşayan hər bir şəxsi təhdid etdiyindən Beynəlxalq səhiyyə təşkilatı təhlükəsiz cinsi münasibət qaydalarına riayət etməyi tövsiyyə edir.

İlk qayda cinsi əlaqələr zamanı prezervativdən daimi istifadədir. Seçim zamanı keyfiyyətli və düzgün ölçülü prezervativlərə üstünlük verilməlidir. İkinci qayda kimi cinsi əlaqədən öncə və sonra bakteriosid maddələrin istifadəsini irəli sürür. Bu türlü maddələr gündəlik istifadə üçün nəzərdə tutulmur, çünki cinsi orqanların normal mikroflorasina zərər vura bilər.

Üçüncü qayda cinsi partnyor seçimində diqqətli olmaq, təsadüfi cinsi əlaqələrdən uzaq qaçmaqdır. Dördüncü olaraq cinsi partnyorların bir-birlərini onlarda olan movcud cinsi yolla ötürülən xəstəliklər barədə xəbərdar etməsi qaydasıdır. Məlumat üçün deyim ki, inkişaf etmiş ölkələrdə bilərəkdən cinsi partnyorunu yoluxduran şəxs cinayət məcəlləsinə cəlb olunur, cəzası cərimədən tutmuş azadlıqdan məhrum edilməyə qədər ola bilir. Beşinci qayda cinsi yolla ötürülən xəstəliklərə qarşı mövcud vaksinasiyanın edilməsidir.

loading...

Nümunə olaraq hepatit B və İnsanın Papilloma Virusuna görə vaksinaları göstərmək olar. Altıncı qayda requlyar profilaktik müayinələrin keçirilməsi, cinsi yolla yoluxa biləcək infeksiyalara görə analizlərin verilməsidir. Yeddinci qayda isə aşkar olunmuş cinsi yolla ötürülə bilən xəstəliyin ixtisaslaşmış müalicəsidir. Şəxsin imicinə xələl gətirə bilər deyə utancaqlıq, mövcud xəstəliyin gizlədilməsi kimi düşüncələr müalicənin natamam edilməsi və ya edilməməsi ilə nəticələnir ki, bu da mövcud problemi daha da dərinləşdirə bilən məqam olaraq diqqətdən yayınmamalıdır.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...