CİNSİ AKTIN FİZİOLOGİYASI

Cinsi aktda 4 faza qeyd olunur.

Ehtiras

Plato

loading...

Orqasm

Yekun

Hər şey ehtiras və xüsusi arzuyla baxışdan başlar. Bununla orqanizmin cinsi instikti sanki yuxudan ayılır. Ehtiras fonunda serotanin adlanan maddə ifraz olunur. Hesab olunur ki, bu neyrotransmitter xoşbəxlik duyğusunu yaradır.

Serotanin öz növbəsində bəbəkləri genədir. Bu hal vegatativ sinir sistemi aktivliyinin artmasının əlamətidir. Davamı olaraq adrenalin ifraz olunur və ürək ritmi tezləşməyə başlayır. Bu isə öz növbəsində cinsi orqanlara qanın axının sürətlənməsinə səbəb olur. Sürətli və çox qan axını qadında xarici cinsiyyət orqanlarını şişkinləşdirir. Ereksiya fonunda xayalıq bərkiyir, xayalar da şişkinləşir.

Seksual fantaziyalarŞürüşkənlik məqsədi ilə həm kişidə, həm də qadında  şirə ifrazı başlayır. Bununla da dofamin adlı maddə ifrazı start götürür, hansı ki dofamin də öz növbəsində cinsi istəyi artıraraq bütün cinsi hisləri gücləndirir. Beləliklə plato fazasına keçilir.

Birincili ehtiras davam edərək ürək ritmi, əzələ gərginliyi və qan təzyiqi daha da artır. Stimulyasiya fonunda noradrenalin ifraz olunaraq erogen zonaların daha da həssas olmasına səbəb olur. Ayaq, üz və əl əzələləri gərginləşir. Orqazm fazasına keçilir. Çanaq əzələləri yığılmağa başlayır. Uşaqlıq və penis kökü ritmik yığılmağa başlayır. Bütün sinir və əzələ gərginliyi hansı ki, bu ana qədər artmışdı qəfil sıfırlanır.

Bu hal güclü və xoşagələn hisslərlə müşayət olunur. Kişidə sperma ifrazı ilə, qadında da müvafiq şirə eyakulyasiyası ilə sonlanır. Orqazm anı oksitosinin, başqa sözlə sevgi hormonunun səviyyəsi pikə çatır. Sonra isə yekun mərhələyə keçilir. Cinsi ehtiras azalır, əzələlər boşalır, gərginlik enir.

Fiziologiya belə yaradılıb ki, bu mərhələdən qadınlar təkrar orqazm mərhələsinə keçə bilsələr də, kişilər üçün refrakter dövrün olması mütləqdir. Refrakter dövrdə isə kişi orqazm hissi yaşaya bilmir.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...