CİFT GƏLİŞİ NƏDİR

Cift uşaqlıq boynunun dəliyini tam və ya qismən əhatə etdikdə bu cift gəlişi adlanır. Belə vəziyyət doğuşdan əvvəl və ya doğuş zamanı ağır qanaxmaya səbəb ola bilər. Bu da ana və dölün ölümünün vacib səbəblərindən biridir. Cift gəlişi hallarının rast gəlinmə tezliyi keysəriyyə əməliyyatının sayının artması ilə nəticələnir.

Cift göbək ciyəsi vasitəsilə ana orqanizmindən aldığı oksigen və qida maddələri ilə dölü təmin edir və sonra isə istifadə olunmuş maddələri xaric edir. Əksər hallarda cift uşaqlıq boşluğunun dibində və ya yan tərəflərində yerləşir. Cift gəlişində isə o uşaqlığın aşağı hissəsində yerləşir.

Hansı vəziyyətlərdə cift gəlişi riski yüksəkdir?

loading...

Əvvəlki hamiləliklərdə cift gəlişi

Əvvəllər keysəriyyə əməliyyatının aparılması:

  • keysəriyyədən sonra nisbi risk 2,2 dəfə artır

  • keysəriyyədən sonra nisbi risk 4,1 dəfə artır

  • keysəriyyədən sonra nisbi risk 22,4 dəfə artır

Hamilənin yaşının 35 və daha çox olması

Çoxdöllü hamiləlik

Tütünçəkmə

Hamiləlik zamanı narkotikdən istifadə

Əvvəlki hamiləliyin özbaşına və ya tibbi abortla nəticələnməsi

Uşaqlığın daxili qişasının çatışmazlığı, məsələn, iltihab, doğuş vaxtı ciftin əllə xaric olunması və ya qaşınması nəticəsində.

Dr. Samirə Hüseynova

loading...

Bunuda oxu...