ÇİÇƏKLƏRİN BEYİNƏ FAYDASI

Çiçəklər tək gözəllik predmeti deyil, onlar həmçinin insan beyninin müalicəsində əhəmiyyətli rol oynayırlar.

Çin alimləri nərgizin, novruzgülünün, zəfəranın, lavandanın və bu kimi digər çiçəklərin bir çox xəstəliklərə qarşı effektli olduğunu bildirirlər.

Məsələn, novruzgülünün tərkibində olan qalantamin Alzheimer xəstəliyinə qarşı effektivdir. Bu maddə Alzheimerin səbəb olduğu yüngül və ağır dərəcəli ağılkəmliyə, həmçinin beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Qalantamin həmçinin nərgizin tərkibində də vardır.

loading...

Güman edilir ki, bu çiçək həmçinin xərçəng əleyhinə xassələrə malikdir.

Avstraliyalı alimlər isə zəfəranın görməyə faydalı olduğunu aşkar ediblər. O görmə hüceyrələrinin elastikliyinə kömək edir.

Lavanda yuxusuzluğa qarşı faydalıdır, həmçinin bu çiçək aqressivliyi azaldır, qorxu hissini məhv edir.

loading...

Bunuda oxu...