ÇƏNƏ VƏ DİŞLƏRİN ZƏDƏLƏNMƏLƏRİ

Dişlərin çıxması yıxılma zamanı, və endirilən zərbələr nəticəsində ola bilər. Üst kəsici dişlərdə çıxma əamətləri tez-tez rast gəlinir. Digər dişlərdə çıxma əlamətləri nadir hallarda müşahidə olunur. Dişlərin çıxma və yerlərini dəyişmə dərəcəsi, endirilən zərbənin qüvvəsindən və istiqamətindən asılıdır.

Düz endirilən zərbələr nəticəsində diş arxaya, kökü isə önə doğru yerini dəyişir. Rentgenoloji müayində bu dişlər sanki qısalmış şəkildə görünür. Əgər endirilən zərbə qüvvətlidirsə, onda diş öz yuvasından tam çıxa bilər.

Dişlərin sınığı qəlpəli və adi ola bilər. Sınıq xətti boylama, köndələn və çəp istiqamətdə olur. Əgər sınıq yalnız dişlərə aiddirsə və alveol çıxıntısına keçməyibsə, onda diaqnozun qoyuluşu bir növ asan olur.

loading...

Diş sınıqları üçün xarakterik əlamətlərdən biri də qopan hissənin yerini dəyişməsidir. Diş kökünün yan kənarı pilləli olur və perisement xətti pozulur. Sınıq xətti isə şəffaf formada cizgilərdən ibarət olur.

Çənənin sınıqı bir çox hallarda dişlərin sınığı və alveol çıxıntıların zədələnmələri ilə birgə təsadüf edilir. Çənənin sınıqlarının rentgenoloji müayinəsində az və ya çox dərəcədə sümük fraqmentlərinin yerdəyişmələrini görmək olur.  Çənə cismində aşkar edilən sınıqlar köndələn, çəp və boylama istiqamətdə ola bilər.

Bunlar da öz növbəsində adi və qəlpəli olur. Ən çox sınıqlar çənənin zəif nöqtələrində, yəni alveol çıxıntıları nahiyəsində aşkar edilir. Bir çox hallarda çənə sınıqları köpək dişləri yuvaları nahiyəsində baş verir. Çünki köpək dişlərinin kökləri uzun olduğundan çənə sümüyü içərisinə doğru çox keçir və nəticədə həmin nahiyənin müqavimət qabiliyyətini aşağı salır.

Endirilən zərbə nəticəsində eyni vaxtda bir neçə sınıq aşkar edilə bilər. Əksər hallada sınıqlar endirilən zərbə nöqtəsində yox, çənə sümüyünün digər nahiyəsində müşahidə edilir. Vurulan zərbədən asılı olaraq sınıqları çənə sümüyünün bütün anatomik hissələrində: çənə sümüyünün cismində, onun qalxan şaxəsində, bucağında, alveol çıxıntıları nahiyəsində və s. aşkar etmək mümkündür.

Digər sınıqlarda olduğu kimi, burada da iki mühüm rentgenoloji əlaməti nəzərdən keçirmək lazımdır. Bunlar aşağıdakılardır: sınıq xətlərinin aşkar edilməsi və fraqmentlərin yerdəyişməsi. Bir çox hallarda çənəyə endirilən zərbələr nəticəsində gicgah-çənə oynağı yerindən çıxa bilər.

Odlu silah yaralanması nəticəsində əmələ gələn çənə və dişlərin sınıqları prosesin xarakterindən asılı olaraq adi sınıqlardan fərqlənir. Belə ki, odlu silah yaralanması nəticəsində olan sınıqlar çox vaxt qəlpəli olur və metal qırıntıları aydın görünür.

loading...

Bunuda oxu...