CƏLAL ŞƏNGÖRÜ ANLAMAQ

Celal ŞengörTəbabət insan sağlamlığını öyrənir və xəstəliklərlə mübarizə aparır. Bilinən 5 000 illik yazılı insanlıq tarixində təbabət digər elm sahələri kimi ciddi şəkildə inkişaf etdi.

Təbabət belə zirvələrə çıxdığı üçün insanlar haqlı olaraq orada hər şeyin çox dəqiq olduğunu düşünürlər.

Əslində isə elə deyil.

loading...

Məsələn, təbabət hələ də xəstəlik nədir sualına dolğun cavab verə bilməyib.

Bu gün üçün xəstəlik deyəndə normal quruluş və ya normal funksiyanın pozulması olaraq anlayırıq. Amma NORMAL nədir – bunda anlaşa bilmirik.

Dərimiz, məsələn. Hamı normal qəbul edilən normal dərinin nə olduğunu anlayır, deyilmi?

Anlayır.

Dəridə yara çıxanda bunun xəstəlik olduğunu anlamaq asandır. Həm normal quruluşu pozulub (yara olduğu üçün), həm də funksiyası pozulub (ağrıyır, məsələn).

Bir də normalın variasiyası var.

Qalın dəri var. Hətta gön kimi çox qalın dəri də var.

Nazik dəri var. Altından keçən damarların aydın göründüyü üçün belə nazik dəri xəstələnib deyə fikir də yarana bilər.

İnsan davranışı da bir anlayışdır. Onun da normalı var, xəstəliyi var.

Məsələn, quduzluq insan davranışın xəstə bir formasıdır. Amma quduzluğun bir infeksiyaya bağlı olduğunu bilirik. Belə bir insanın sinir toxumasını mikroskop altında araşdıranda onun normal quruluşunun pozulduğunu aydın görmək olar.

Amma davranış pozğunluqlarının hamısı belə deyil. Məsələn, şizofreniya. Belə insanın sinir toxumalarında heç bir anormallıq aşkar edilməyib hələ də. Ama şizofreniyadan əziyyət çəkən insan olmayan şeylər görə bilər, olmayan hadisələrə oldu deyə bilər.

Şizofreniya altında heç bir anormallıq yatmasa da, insanın özünə və ətrafındakılara zərərli olduğu üçün müalicə edilir. Əslində, buna müalicə demək olmaz. Sadəcə özünə və ətrafa zərər verməsin deyə qabiliyyəti müvəqqəti olaraq dərmanlarla məhdudlaşdırılır.

Bir də autizm var. Uşaqlıqdan görülən davranış pozğunluğudur. Autistik insanlar ətraf mühit və insanlarla ünsiyyətdə problem yaşayırlar. Digər insanlarla ünsiyyətə girmək istəmirlər, eqoistdirlər, bir məsələyə və ya cismə patolojik dərəcədə bağlana bilərlər. Məsələn, autistik bir uşaq hansısa oyuncağına dəlicəsinə bağlı ola bilər.

O zaman autizm xəstəlikdir, deyilmi?

O qədər də asan deyil.

Autizm bir deyil, bir çox davranış pozğunluğunu daxil edir.

Məsələn, Asperger sindromu.

Bu insanlar ətraf mühitlə yaxşı münasibtə girirlər, amma eqoistdirlər və……empatiya hissi qura bilmirlər.

Empatiya hissini mənə izah etmək çətindir: Özünü başqa insanın yerinə qoyma deyə bilərsiniz. Yəni, başqa insanın yerinə qoyaraq onunla birlikdə kədərlənmək, sevinmək, başqasına yazığı gəlmək.

Asperger sindromu olan insanlarda bu hisslər güclü inkişaf etmədiyi üçün kənardan kobud olduqlarını düşünə bilərik.

Məsələn, Cəlal Şəngör. İnternetdə onun bəzi məsələlərdə çox sərt mövqe ortaya qoyduğunu eşitmiş ola bilərik. Məsələn, Diyarbəkirdə həbsdəki insanlara edilən işgəncəyə haqq qazandırması.

Ama internet forumlarının birində Cəlal hoca Asperger sindromuna düçar olduğunu açıqlamışdı.

O zaman hər şey yerinə oturur. Cəlal hoca empatiya qurmaqda əziyyət çəkir. Bacarmır yəni.

Amma Asperger sindromu Cəlal hocaya çox ciddi üstünlük də verib.

Asperger sindromu olan insanlar adətən dahi olurlar.

Məsələn, İsaak Nyuton, Mikelancelo…..

Bir mövzuya diqqətini yaxşı cəmləşdirən, sürətli düşünən, yaddaşı hamıdan daha yaxşı olan, … amma insanlara yazığı gəlməyən.

İndi, siz deyin.

Asperger sindromu bir xəstəlikdir yoxsa?

Dr. Vasif İsmayıl

loading...

Bunuda oxu...