BULLİNQ NƏDİR

Bullinq hər hansı bir qrup üzvünə qarşı aqressiv davranışdır. Bu hal əsasən məktəb və universitetdə rast gəlinir. Bu zaman qurban özünü müdafiə edə bilmir.

Bullinq həm fiziki, həm psixoloji formada ola bilər. Əsasən təhqir, hədə, fiziki aqressiya, daimi mənfi dəyərləndirilmə, alçaldılma formalarında olur.

Bullinqin qeyd etdiyimiz kimi iki əsas forması var:

loading...

Psixoloji bulinq – təhdid, izolyasiya, lağ etmə, böhtan.

Fiziki bullinq – döymək, təcavüzə oxşar hərəkətlər, şəxsə məxsus əşyaların qırılması və s.

Məktəblərdə əsasən bullinq obyekti pis oxuyan, yaxud əlaçı uşaqlar, müəllimlərin sevimlisi olan, fiziki cəhətdən zəif şagirdlər, müəllimlərin övladları, qeyri-adi istedada sahib, fərqli düşüncəli, kasıb ailələrdən olan, digər orientasiyalı şagirdlər olur.

Bütün bu insanları bir xüsusiyyət birləşdirir – onlar hamısı həssas olurlar və reaksiyaları ilə “zəiflik” göstərirlər.

Bullinqdə üç iştirakçı var: qurban, aqressor və şahid. Hər üç iştirakçıda mənfi təsirlər yaranır. Ancaq ən ağır nəticə qurbanda olur. Çox zaman qurban özünəinamı itirir və müxtəlif psixoloji problemlərə səbəb ola bilər. Bəzən hətta özünə qəsd belə edə bilər. Şahid rolunda olan iştirakçıda isə kütləyə qarşı gücsüzlük hissi yaranır, zəifliyinə görə utanır.

Aqressor isə nəticədə daha qəddar hisslərə sahib olur və incə, nəcib münasibətlərə qadir olmur.

loading...

Bunuda oxu...