BU ŞƏXSLƏRƏ POMİDOR YEMƏK OLMAZ

PomidorPomidor bizi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərçəng xəstəliklərindən qoruyur.

Ancaq pomidorun da müəyyən əks-göstərişləri var. Bu xəstəliklər zamanı çoxlu pomidor yemək məsləhət deyil:

Allergiya

loading...

Başqa parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor da allergiyaya səbəb ola bilər.

Öd daşı xəstəliyi

Orqanik turşularla zəngin olan pomidor həzmi yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə ziyan vura bilər.

Böyrək xəstəlikləri

Pomidor turşəng turşusu ilə zəngin olduğundan bəzi buna meylli olan insanlarda böyrəklərdə daşların əmələ gəlməsinə və böyüməsinə səbəb ola bilər.

Artrit, podaqra

Bunun səbəbi yenə də turşəng turşusudur. Turşəng turşusu oynaqlarda “duzlar”ın yığılmasına və iltihaba səbəb olur.

Mədə xorası və qastrit

Turşularla zəngin olan pomidor mədənin divarlarını qıcıqlandıraraq xora və qastritin kəskinləşməsinə səbəb ola bilər.

loading...

Bunuda oxu...