BRONXİT NƏDİR

BronxitBronxit bronxiolların ağciyərlərdə yerləşən havakeçirici yolların yoluxucu xəstəliyidir və adətən tənəffüs infeksiyaları ilə əlaqədar şəkildə yaranır. Bronxit bir çox hallarda bir neçə gün ərzində keçib gedir.

Lakin bəzən öskürək kəskin ola bilər və bir neçə həftə çəkə bilər, 3 gündən artıq yüksək olmayan qızdırma davam edərsə və təngnəfəslik olarsa, agciyər və ürək problemləri narahat edərsə və ya bronxit əlamətləri təkrarlanarsa, bu astma və ya xroniki bronxit ola bilər. Bu zaman həkimə müraciət mütləqdir.

Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir. Bəzi hallarda bəlğəmdə qan qarışığı olur. Bir həftədən uzun sürən xəstəliklər və rəngli bəlğəm bronxitin əlamətləridir.  Öskürəkdən başqa bronxitin simptomları boğazda ağrı və spazmalar hissiyyatı, tənəffüsün çətinləşməsi, xırıltı və azacıq hərarətin olmasıdır.

loading...

Gedişatdan asılı olaraq bronxit kəskin, xroniki və obstruktiv olur.

Kəskin bronxiti adətən viruslar törədir. Kəskin bronxitlərin inkişafında soyuqlamanın siqaret çəkmənin, spirtli içkilərin qəbulunun, burun-udlaq nahiyəsinin ocaqlı infeksiyalarının (sinusit, rinit, tonzilit və s.) rolu böyükdür.

Həmçinin bronxların fiziki (isti və ya soyuq hava) və kimyəvi (azot, karbo qazı, xlor, ammonyak, brom buxarları, hərbi zəhərləyici maddələrlə doymuş hava ilə nəfəs alma) amillərin təsirindən qıcıqlanması kəskin bronxitin əmələ gəlməsinə səbəb ola bilir. Kiçik uşaqlarda və qocalarda (75 yaşdan yuxarı) kəskin bronxitin xronikiyə keçmə ehtimalı yüksəkdir.

Bəzən nəfəs yollarınının iltihabı daimi olaraq xroniki bronxitə çevrilir.  Xroniki bronxitin ilk mərhələsində öskürək yalnız səhərlər yataqdan qalxarkən azacıq bəlğəmlə müşahidə olunur.  Əlamət və simptomlar tənəffüsün qısalması, davamlı öskürək, bəlğəmin çox həcmdə olmasıdır. Kəskinləşmələr ildə üç dəfədən az olmamaq şərtilə olur, digər vaxtlarda da öskürək sizə sakitlik vermir.

Xroniki bronxitin təhlükəliliyi ondan ibarətdir ki, xroniki iltihab zamanı bronxların divarları nazilir, boşluq genişlənir və bu ağ ciyər emfizemasına və bronxial astmaya gətirir. Xronik bronxit diaqnozu o zaman qoyulur ki, il ərzində öskürdüyünüz günlərin sayı cəmi ən azı 3 ay etsin və bu 2 il dalbadal davam etsin.  Adətən xronik bronxiti olan siqaret çəkən şəxslər hər gün öskürürlər.

Obstruksiya boşluğun sıxılması nəticəsində bronxlardan havanın keçməsinin çətinləşməsi prosesidir.  Obstruktiv bronxiti uzadılmış, nəfəs verildikdə məsafədən eşidilən fit səsi, quru xırıltıya görə tanımaq olar.

Bronxitə  xəstəliyinə tutulmamaq üçün siqaret tüstüsündən uzaq olun, qripə qarşı vaksinasiya olunun, əksər hallarda bronxit qripdən sonra əmələ gəlir, əllərinizi tez-tez dezinfeksiya edin, burununuzun içinə və gözlərinizə çirkli əllərlə toxunmayın. Virus infeksiyasından qorunmaq vacib şərtlərdəndir.

Bronxiti mütləq şəkildə müalicə etmək lazımdır. Əks halda, bu xəstəlik əsasən yaşlı şəxslərdə, körpələrdə, siqaret çəkən, ürək xəstəliyi olan insanlarda tənəffüs orqanlarının xəstəliyi olan pnevmoniyaya keçə bilər.

loading...

Bunuda oxu...