BRONXİAL ASTMA

Bronxizl astmaBronxial astma bronxların, ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Amma iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər.

Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır, bu isəöskürək və boğulmalara gətirib çıxarır.

Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar var, məsələn: siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazların tüstüsü və s. Bir çox alimlərin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinci astmatik peşəsinə görə bu xəstəliyə tutulur.

loading...

Simptomlar və gedişat

Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulması) astmanın simptomları üzə çıxır.

Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn: pivə və çaxırın konservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilər.

Astmanın əsas xarakterik simptomları:

öskürək, tez-tez, əziyyətli və daimi xarakterli. Öskürək gecələr arta bilər, məsələn fiziki işdən, soyuq havanın qəbulundan sonra və s.
boğulma;
döş qəfəsinin sanki sıxılması – tənəffüs o qədər məhdudlaşır ki, bu nəfəs ala bilməmək qorxusu yaradır;
sıxılmış nəfəs yollarından çətinliklə keçən havanın vibrasiyasından quru xırıltılar eşidilir.

Astmanın ağır və kəskin formalarında xəstə tutma vaxtı ağzı ilə nəfəs alır və nəfəsalmanı asanlaşdırmaq üçün boyun, çiyin və digər əzələlərdən istifadə edir. Bundan əlavə, nəfəs yolları sıxılanda nəfəs almaq nəfəs verməkdən daha asan olur. Nəfəsvermə, əksinə, normal halda passiv olur, yəni xüsusi səy göstərilmir, ona görə də əzələlər havanın sıxılmış nəfəs yollarından çıxarılması üçün o qədər də inkişaf etmirlər.

Nəticədə ağciyərlərdə hava qalır və şişir ki, bu da şişmiş ciyər simptomudur. Uzun müddət astma xəstəliyinə tutulmuş cavan adamların döş qəfəsləri uzunsov inkisaf edir. Kəskin ağır astmada əvvəl fit çalan döş qəfəsi sonra susur, fit səsləri eşidilmir. Çünki alınan və verilən hava o qədər az olur ki, səslər eşidilməyə də bilər.

Allergik mənşəli astmada tutmadan əvvəl adamda zökəm, vegetativ distoniya simptomları və öskürək başlayır.

med.az

loading...

Bunuda oxu...