BRONXİAL ASTMA

Bronxial astma hava yollarının yüksək həssaslığı, bronxların geri dönümlü obstruksiyası və xroniki iltihabi proseslər ilə xarakterizə olunan kompleks bir ağciyər xəstəliyidir. Bütün dünyada 300 milyon insan bronxial astma xəstəsidir.

Bronxial astmanın yaranmasında genetik və ətraf qıcıqlandırıcı faktorlar böyük rol oynayır. Uşaqlarda risk faktoru olaraq allergik həssaslıq ön plandadır. Bronxial astma uşaqlıq dövründə oğlan uşaqlarında, yeniyetmə dövrünə isə qız uşaqlarında daha çox rast gəlinir.

Bronxial astmanın diaqnostikasında klinik simptomlar önəmlidir. Bronxial astmada klinik simptomlara səbəb – bronxların həddindən artıq həssaslığı və hava yollarının tıxanıqlığıdır. Bunun sonunda yaranan öskürək , nəfəs darlığı , xırıltı , xışıltı ən çox görülən simptomlardır.

loading...

Nəfəs darlığı və xışıltı olan uşaqlarda hansı halda bronxial astma ola biləcəyi düşünülə bilər?

Tez-tez nəfəs darlığı və xışıltı tutması;

Simptomların tutma şəkilli və təkrarlayıcı olması;

Öskürək simptomlarının gecə və ya səhərə yaxın olması və artması;

Aktiv hərəkətlərdən və oyunlardan sonra öskürək və xışıltının olması;

Allergenlər və qıcıqlandırıcı faktorlarla qarşılaşdıqda öskürək, nəfəs darlığı və xışıltının olması;

Yuxarə tənəffüs yolları xəstəliklərinin 10 gündən artıq sürməsi;

Astma mualicəsindən sonra simptomların itməsi.

Dr. Vəfa Nəcəfova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...