BOYUN DÜZLƏŞMƏSİ ƏLAMƏTLƏRİ

Boyun hissəsində alt alta düzülmüş olan 7 ədəd fəqərə vardır. Boynumuza yan tərəfdən baxdığımız zaman eynilə “C” hərfinə bənzəyir ancaq bəzi səbəblərə görə ”I” hərfinə bənzər şəkil alır.

Bu dəyişikliklə birlikdə, boyun bölgəsinin zaman içərisində qıvrımını itirərək düz bir xətt almasına boyun düzləşməsi deyilir. Yanlış mövqe, boyuna təzyiq, boyun bölgəsinə vurulan zərbələr və yanlış duruş mövqeləri boyun düzləşməsinə səbəb olur.

Boyun düzləşməsinə aid bir çox əlamət vardır. Bunlardan ən mühüm boyun düzləşmə əlamətləri aşağıdakı kimidir:

loading...

duruş pozğunluğu

Normal duruş zamanı, başın olması lazım olandan daha çox önə doğru əyri olması, boyun düzləşməsinin ən çox görülən əlamətidir. Kənardan baxıldığında düzləşmə dəqiq və qabarıq olaraq görünür.

ağrıların olması

Boyun düzləşməsi, güman edildiyinin əksinə hər zaman ağrıya səbəb olmağa ya da ağrılar düzləşmənin çox irəli mərhələyə gəlib çıxması ilə sinirlərə təzyiq göstərənə qədər hiss edilməyə bilər.Bununla birlikdə əgər ağrı hiss edilirsə adətən bu ağrılar kürəyin boyunla birləşdiyi nöqtədə ya da bir az alt hissədə görülə bilər. Başın arxaya doğru yatırılması zamanı ağrının şiddəti artır. Bu amillərə, boyun düzləşməsinin əlamətləri arasında tez-tez rast gəlinir.

boyun hərəkətlərində görünən məhdudlaşma

Onurğanın boyun hissəsində düzləşmə, boyun hərəkətlərinin məhdudlaşdırmasına səbəb ola bilər. Bu vəziyyət, boyunun sağa və sola doğru tam olaraq döndərə bilməmək və önə doğru sabit və uzun müddətli baxa bilməmək olaraq adlandırılır.

çox şiddətli əlamətlər

Əgər boyun düzləşməsi çox inkişaf edibsə, sinirlərə böyük təzyiq yaranır və bu vəziyyət orqanizmin müxtəlif bölgələrində uyuşma ilə birlikdə ağrı da hiss edilir. Əllərdə və ayaqlarda görülən gücsüzlük çətin vəziyyətlərin yaranmasına səbəb olur.

loading...

Bunuda oxu...