BOYUMUZ NEÇƏ YAŞA QƏDƏR UZANIR

Cinsi yetişkənlik dövründə qanda cinsiyyət hormonlarının səviyyəsi artır. Bu artmış hormonlar həm böyümə zonasına birbaşa təsir etməklə, həm də böyümə hormonunun ifrazını artırmaqla boyuzanmasını sürətləndirir.

Qızlar cinsi yetkinlik dövründə illik 9 sm/il, oğlanlar isə 10.3 sm/il uzanır.

Bu dövr oğlanlarda qızlardan daha uzun çəkdiyinə görə oğlanların yekun boyu daha uzun olur.

loading...

Boy artımındakı bu sürətlənmə eyni zamanda sümük sistemini yetişkinliyi ilə bərabər getdiyindən, müəyyən vaxtdan sonra epifizlər (böyümə zonaları) bağlandığından dolayı, yetişkin final boya çatmış olurlar.

Qızlarda sümük yaşı 15 yaş, illik böyümə sürəti < 1 sm/il olduqda

Oğlanlarda sümük yaşı 16 yaş, illik böyümə sürəti < 1 sm/il olduqda artıq final boya çatmış və boyuzanmanın dayanması deməkdir.

Epifizlər bağlandıqdan sonra da spinal böyümə hesabına çox az boyartımı ola bilir.

Bu müddətdən sonra dərmanla, idmanla, kök şirəsi ilə, turnikdə dartınma ilə boyuzanması mümkünsüzdür!

 

Dr. Ləman Sultanova

loading...

Bunuda oxu...