BÖYRƏKLƏRİN ANGİOLİPOMASININ MÜALİCƏSİ

Böyrəkdaşı xəstəliyiAngiomiolipomaların ölçüləri azı 40-50 mm olduqda, güclü anemiya və hematuriya aşkar olunmadıqda müalicə təyin edilir. Xəstəyə ildə iki dəfə uroloq müayinəsi, profilaktik USM tövsiyə olunur.

Optimal su rejiminə riayət, sidikçıxarıcı sistemin yükünün azaldılması, yanaşı gedən böyrək xəstəliklərində həmin xəstəliklərin tam əhatəli və düzgün müalicəsi gərəkdir.

Böyrək angiolipoması böyük ölçülü və ya ağrı, anemiyaya səbəb olduqda törəmənin cərrahi üsulla eksiziyası təyin olunur.

loading...

Əməliyyatın növü və həcmi bir sıra faktorlardan asılıdır:

Endoskopik selektiv angioembolizasiya. Şişi qidalandıran damarların tikilməsi və ya lazer koaqulyasiyası ilə aparılır, nisbətən az invazivliyə malik cərrahi müdaxilədir. Metod törəmənin ölçülərinin kiçildilməsində kifayət qədər effektlidir; lakin onun şişi tam aradan qaldırması ilə bağlı perspektivləri xeyli azdır. İstənilən ölçülü şişlərdə tətbiq oluna bilər.

Böyrəyin rezeksiyası. Endoskopik üsulla və ya açıq (klassik) variantda icra oluna bilər. Cərrah böyrəyin angiomiolipoma olan hissəsini kəsib götürür və orqanın qalan hissəsini tikir. Bu metod şişin ölçüləri 5-8 sm olduqda istifadə olunur.

Nefrektomiya. Şişlə zədələnmiş orqanın tam eksiziyası giqant (10 sm-dən böyük) angiolipomalarda, onların çoxsaylı xarakterində, invaziv inkişaf əlamətləri olduqda və şişin parçalanması nəticəsində böyrəyin zədələnməsi zamanı icra olunur. Cərrahi əməliyyat yalnız fəaliyyət göstərən ikinci böyrək olduğu halda həyata keçirilir.

Cərrahi müalicə metodu angiolipomanın ölçülərindən, yanaşı gedən patologiyalardan, xəstənin vəziyyətindən asılı olaraq dəyişə bilər. Şişin parçalanması fonunda həyati təhlükə törədən retroperitoneal qanaxmanın təcili dayandırılması məqsədilə tətbiq olunan cərrahi əməliyyat törəmənin eksiziyası ilə müşayiət olunur.

Nadir hallarda limfa düyünlərinə metastazlar zamanı onlar da eksiziya olunur. Böyrək angiomiolipomalarının konservativ müalicəsi yoxdur.

loading...

Bunuda oxu...