BÖYRƏKDAŞI XƏSTƏLİYİ

Böyrəkdaşı xəstəliyi Böyrəkdaşı xəstəliyi böyrək ləyənlərində daşlar əmələ gəlməsidir. Bədəndə mineral və zülal mübadiləsinin pozulması əlamətidir. Sidik yollarının infeksiyası daşların əməmlə gəlməsinə kömək edir. Daşlar sidiyin axmasına maneə olub böyrək ləyənlərinin dartılmasına, sonra da böyrək parenximasının sıxılmasına və atrofiyasına səbəb olur.

Sidik durğunluğu isə öz növbəsində, sidik yollarında infeksiya baş verməsinə səbəb olur. Daşlar böyrək ləyənləri və sidik axarlarının selikli qişalarını zədələdikdə xəstə qanlı sidik ifraz edir. Xəstəlik sidik axarlarından daş keçərkən birdən-birə baş verən böyrək sancısı şəklində özünü göstərir.

Tutmalar arasındakı müddət çox müxtəlif ola bilər. Böyrəkdaşı xəstəliyinin ağırlaşması olan sancı olmadıqda xəstə, adətən, özünü yaxşı hiss edir. Böyrək sancısı tutmasında zədələnmiş böyrək tərəfdə birdən-birə kəskin ağrılar olur. Bu ağrılar aralığa, cinsiyyət orqanlarına, qıçlara verir. Sonra xəstə tez-tez işəmək istəyir. Çox vaxt reflektor qusma da olur. Dözülməz ağrılardan xəstə özünə yer tapa bilmir, vurnuxur. Adətən, böyrək sancısı tutmasında mikro və makrohematuriya olur.

loading...

Spazmı götürən maddələrdən və narkotik analgetiklərdən başqa bel nahiyəsinə isitqac qoymaq və xəstəni isti vannaya salmaq kömək edir, belə ki, sidik axarlarının spazmı götürülür və beləliklə, daş çıxır.

Tutma keçdikdən sonra sidiyi analiz etmək lazımdır. Müvafiq qida rejimi, çoxlu maye təyin edilir, sidik yollarının infeksiyası müalicə edilir. Qidanın xarakteri daşların kimyəvi tərkibindən asılı olur.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...