BÖYRƏK XƏSTƏLİKLƏRİNİN SİMPTOMLARI

Ağrılar.  Böyrək xəstəlikləri zamanı xəstədə bel nahiyəsində ağrılar olur.  Ağrılar tutmaşəkilli, güclü (böyrək daşı xəstəliyi zamanı), sızıldayan və ya sıxıcı, bir və ya ikitərəfli ola bilər. Ağrı xəstəni daim və ya vaxtaşırı narahat edə bilər. Nəzərinizə çatdıraq ki, bel nahiyəsində olan istənilən ağrılar hər hansı böyrək xəstəliklərinin əlaməti ola bilər.

Sidik ifrazatının pozulması. Bütün sidik ifrazı pozulmaları (tezləşmiş, azalmış, həddən artıq çoxalmış sidik ifrazı, sidikdə selik və qan və s.) böyrək xəstəliklərinə işarə edə bilər.

Ödemlər. Bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarinda olur. Həmçinin, ödemlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər. Ürək xəstəlikləri ilə bağlı olan ödemlər ayaqlarda əmələ gəlir. Digər fərq böyrək xəstəlikləri ilə bağlı ödemlər səhər saatlarında, ürək xəstəlikləri ilə bağlı ödemlər axşam əmələ gəlir.

loading...

Arterial təzyiqin artması. Xəstələr bunu hipertoniya xəstəliyi ilə əlaqələndirir və hipertoniyadan müalicə olunurlar. Lakin hipertoniyanın standart müalicəsi böyrəklər patologiyaları zamanı lazım olan effekt vermir.

Xəstə həm də bu kimi simptoma fikir verməlidir: böyrək patologiyaları zamanı “aşağı” təzyiq essensial hipertoniya (ilkin hipertoniya) ilə müqayisədə daha yüksək rəqəmlərə artır (100 mm c.st artıq). Hər iki simptomun olması insanda böyrək patologiyalarına işarə edir.

Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin səbəbsiz qalxması da böyrək xəstəliklərinin əlaməti ola bilər. Beləliklə, özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etdikdə, mütləq həkimə müraciət edin.

Dr. İlhamə Babayeva.

loading...

Bunuda oxu...