BÖYRƏK ÇATIŞMAZLIĞI

Böyrək çatışmazlığı İfrazat orqanlarının ən geniş yayılmış xəstəlikləri zədələnmələr, iltihab, vərəm, xərçəng, böyrək daşları və sidik kisəsi daşlarıdır. Böyrəklərin travması, zədələnməsi zamanı ilk əlamət güclü ağrıların olmasıdır.

Həmçinin bel nahiyəsində qızartı, şişkinlik, qanla qarışıq sidik ifrazı müşahidə edilir. Böyrəyin zədələnmələrində şok və daxili qanaxmalarının olması təhlükəlidir.

Böyrəklərin iltihabı xəstəlikləri orqanizmin infeksyion xəstəliyə tutulması və ya infeksiyanın sidik kisəsinə keçməsi nəticəsində törəyir.

loading...

Pielonefrit. Xəstəlik birdən-birə qabırğa altında və beldə ağrılalarla başlayır, üşütmə verir, temperatur yüksəlir, ürəkbulanması, qusma müşahidə olunur. Böyrək böyüyür, əllə yoxlandıqda ağrılı olur. Sidikdə və qanda dəyişikliklər baş verir. Xəstəlik vaxtında və düzgün müalicə edilməzsə, xroniki formaya keçə bilər. Müalicədə əsas diqqət diurezi artırmağa yönədilməlidir. Çünki, sidiklə birlikdə orqanizimdən toksinlər ifraz olunur.

Pionefroz. Böyrəyin digər iltihabı prosesindən sonra inkişaf edir. Böyrək toxumalarında irin toplanır, toxumalar atrofiyaya uğrayır. Bəzən irin sidiklə xaricə də açıla bilər. Xəstəliyin müalicəsi yalnız cərrahi yolladır. Xəstə böyrəyi kənar edirlər.

Böyrəyin və sidik axarlarının daşları. İlkin və ikinci böyrək daşları ayırd edilir. İlkin (aseptik) daşların əmələ gəlməsi orqanizmdə mübadilənin pozulması ilə əlaqədardır. İkincili (infeksiyalaşmış) daşlar sidik ifraz edən orqanlarda infeksiyanın səbəb olduğu yerli zədələnmələr nəticəsində əmələ gəlir. Daşların ölçüləri, forması və miqdarı çox müxtəlifdir. Çox vaxt böyrəklərdə çoxlu daşlar müşahidə olunur, bəzən onların miqarı onlarla və hətta yüzlərlə olur.

Sidikdaşı xəstəliyinin simptomları böyrək sancıları, bel nahiyəsində ağrı, hematuriya, piuriya və xırda daşların sidiklə xaric olmasıdır. Bütün bu simptomlar, axırıncı müşahidə olaraq, başqa böyrək xəstəlikləridə ola bilər. Sidik daşları xəstəliyində ən xarakterik simptom böyrək sancısıdır.

Sancı tutması, yəni bel nahiyəsində ən kəskin ağrılar birdən, tamamilə sağlam ikən, bəzən yuxuda baş verir. Böyrək sancısına, adətən, xırda, hərəkət edən daşlar səbəb olur: bunlar sidik axarında sürətlə sıxılıb əzilir. Ləyəndə və kasacıqlarda olan, hərəkət etməyən, hətta böyük daşlar sidiyin axmasına maneə olmadıqda böyrək sancısı tutmalarına səbəb olmur.

Safura Sərdarqızı

loading...

Bunuda oxu...