BOY GERİLİYİ

boy geriliyiBəzən pasientlər boy geriliyinə görə müraciət edən zaman, əllərində Somatotrop hormon – yəni Boy hormonunun cavabları ilə guya “hazırlıqlı” olaraq gəlirlər. Mən də hər dəfə bu analizin heç bir diaqnostik əhəmiyyəti olmadıgını deyirəm.

Boy hormonu, yəni Growth hormonun ifrazı epizodik və pulsatildir. Yəni boy hormonu fasilələrlə qana buraxılır. Biz isə istədiyimiz bir zamanda, hətta səhər saatlarında da olsa belə, venadan 1 dəfədə alınan venoz qanla Boy hormonunu yoxlaya bilmərik.

Boy hormonu ilə yanası İGF-1, yəni insulinəbənzər boy hormonu da var ki, onun da sintezi qaraciyərdə baş verir.

loading...

Boy hormonu toxumalara birbaşa təsir etmir, təsir mexanizmi İGF-1 vasitəsilə baş verir. Ona görə də, qanda İFG-1 çatışmazsa, boy geriliyi baş verir.

Boy hormonunu bəzi stimulyasyon testlərlə yoxlamaq lazımdır. Bu zaman uşağa əlavə dərman verilir və müəyyən aralıqlarla bir neçə dəfə venadan qan alınaraq Somatotrop hormon yoxlanılır.

Amma bununla yanaşı, İGF1, İGF BP3 deyilən analizlər də var ki, bunların 1 dəfədə venadan alınan qanla yoxlanması mümkündür.

Dr. Fərqanə Məmmədli

loading...

Bunuda oxu...