BOUEN XƏSTƏLİYİ

Bouen xəstəliyi dərinin epidermin təbəqəsi üzərindəki hüceyrələrin anormal böyüməsi ilə özünü göstərən bir xəstəlikdir. Bəzi alimlər bunu xərçəngönü mərhələ olaraq qiymətləndirir, çünki bu infeksiya xərçəngə çevrilə bilər. Bəziləri isə regional bir xərçəng olaraq qiymətləndirir. Statistikaya görə, ləkələrin 3%-i dəri xərçənginə çevrilir.

Əlamətləri:

Dəri üzərində aylarla keçməyən bir ya da daha çox ləkə.

loading...

Ləkələr; 1 ilə 3 sm diametrində qırmızı və yüngül şiş şəkildədir.

Ləkələrin kənarları nahamardır.

Ləkələr yavaşca böyüyür.

Ləkələr yara şəklində ola bilir.

Ləkələr böyüdükcə ağrı ya da qaşıntı hissi yarada bilir və dəridə qalıcı yara izləri buraxa bilər

İnfeksiya çox vaxt bədənin baş, ayağın altı və əl kimi günəşə məruz qalan bölgələrində meydana gəlir.

Bəzi hallarda xəstəlik cinsi orqanlara təsir edir. Bu vəziyyət cinsi yolla keçən HPV virusu ilə əlaqəli ola bilər. Bu virusun bəzi növləri uşaqlıq ağızı xərçənginə gətirib çıxarır.

Müalicəsində ilk növbədə gəzləmə taktikası tətbiq olunur, bu müddətdə ləkəyə nəzarət olunur. Daha sonra krioterapiya, lazerlə müalicə, fotodinamik müalicə, müxtəlif kremlər tətbiq olunaraq müalicə aparılır.

loading...

Bunuda oxu...