BOTOKS HAQQINDA

botoksBotoks nədir?

Botulinum toksinin dərman sənayesində istifadə edilən məhsullarından biridir.

Botoks necə təsir edir?

loading...

Tətbiq olunduğu nahiyyədə əzələ hərəkətlərini keçici müddtdə məhdudlaşdırır. Beləliklə müxtəlif mimiki hərəkətlər zamanı əmələ gələn qırışlar yaranmır.

Botoksun ziyanı varmı?

Qırışların müalicəsində istifadə olunan estetik botoks çox kiçik dozada olduğundan ümumi qan dövranına qarışmadığından orqanizmaya heç bir zərəri yoxdur.

Hansı nahiyyələrə tətbiq edilir?

Mimika nəticəsində qırış yaranan nahiyyələrə; qaş arası, göz ətrafı, alın, boyun nahiyyəsi, həmçinin ovuc, ayaqaltı, və qoltuqaltında aşırı tərləmənin müalicəsində. Xroniki miqrenin müalicəsində.

Təsiri neçə müddət davam edir?

İlk dəfə edilən botoksun təsiri təxminən 4-5 ay davam edir. Sonrakı proseduru qırışlar əmələ gəlməyə başladığı vaxt etsəniz təsir 8 aya qədər uzana bilər. Yenə də müddət individual olaraq dəyişir.

Botoksla qaş düşə bilərmi?

Çox nadir hallarda və əsasən də original olmayan, lisenziyasz məhsullar istifadə etdikdə keçici qaş dü şməsi ola bilər.Bu müvəqqəti vəziyyətdir.

Botoks sonrası xarici görünüşümdən məmnun qalmasam necə?

Həkiminizlə danışıb bir neçə prosedurla bu hal düzəldə bilərsiz.

Botoksun təsiri bitdikdən sonra dərimin vəziyyəti daha pis olarmı?

Xeyr, qətiyyən. Təsir bitdikdən sonra dəriniz əvvəlki vəziyyətinə qayıdacaq.

Prosedur ağrılıdırmı?

Yerli keyidici istifadə olunur prosedurdan əvvəl və çox nazik iynələrlə tətbiq olunur. Elə də nəzərə çarpan ağrı olmur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...