BOŞANMA SƏBƏBLƏRİ VƏ EVLİLİK

EvlilikCütlük münasibətlərində problemlərin ən vacib səbəblərindən biri ünsiyyət qura bilməmədir.

MÜZAKİRƏ ÜSULSUZLUĞU

Sözünü kəsmək, qarşı tərəfə cavab haqqı verməmək – ciddi ünsiyyət problemi yaradar. Ümumilikdə bu durum, yetəri qədər cansıxıcı bir vəziyyət alar.

loading...

QALİB GƏL və ya MƏĞLUB OL

Effektiv ünsiyyət – mesajı, qarşı tərəfə sadəcə göndərdiyiniz  zaman deyil, əks tərəfin bunu qəbul etdiyi və anladığı zaman baş verir. Mübahisəli məsələlərdən söhbət edərkən, tərəflərin bir birini ittiham etməsi, günahlandırıcı olması və ya özünü müdafiə etməsi – ünsiyyət pozğunluğuna səbəb əsas amillərdir.

SAXTAKARLIQ

Hər hansı situasiyaya uyğun, cavab olaraq qarşı tərəfə xeyr dediyiniz zaman əslində bəli demək istədiyinizi hiss etmisinizmi? Tənqid olunmaqdan və ya rədd edilməkdən çəkindiyiniz üçün BİLMİRƏM deyərək doğru fikrinizi gizlətiyiniz olubmu?

UYĞUNLAŞMAMA

Cütlüklər Sözləri istifadə etmədən mimikalar vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və buna görə də bir birlərinə qarışıq mesajlar göndərirlər. Və bu durum, onları mübahisə etməyə və bir-birlərinə qarşı səs tonlarını qaldırmağa səbəb olur. Gözləri bərəltmək dodaqları büzmək və çiyinləri sarsıtmaq, qarşı tərəfə xoşagəlməz mesajlar verər.

KOBUDLUQ

Kobud hərəkətlər, ifadələr, davranış tərzi üstünlük təşkil edər. Dır-dır etmə, tərəflərin bir birinə incidici söz atmaları, aşərı məsləhət və ağıl vermə, dinləmə əskikliyi, dəstək olmama, anlayış göstərməmə kimi problemlər yüksək faizlə ünsiyyət probleminə yol açar.

DİGƏR NƏDƏNLƏRİ nədir?

Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi

Cinsi problemlər

Tərəflərdən birinin xəyanəti

Ailədaxili şiddət

Qısqanclıq

Erkən evlilik

Övlad sahibi ola bilməmə

Yalan

İqtisadi problemlər

Dr. Azər Bağırov

loading...

Bunuda oxu...