BORU HAMİLƏLİYİ

Körpə gözləyərkn testdəki iki xəttin belə bir diaqnozla sonlanması xoş deyil. Boru hamiləliyi hamiləliyin normal uşaqlıq boşluğunda deyil, Fallop borularında inkişaf etməsidir.

Normal halda borularda mayalanma baş verdikdən sonra ziqot uşaqlıq boşluğuna düşüb, uşaqlıq divarına implantasiya edir. Bu mexanizm pozulduqda ziqot borularda qalır, implantasiyası da burda baş verir.

Boru hamiləliyini yaradan səbəblər

loading...

Borularda keçirilmiş cərrahi əməliyyatlar

Daha öncə də boru hamiləliyinin olması

Uşaqlıqdaxili kontraseptiv vasitələr

Keçirilmiş genital infeksiyalar (xüsusən Chlamidia Trachomatis’in səbəb olduğu genital xəstəliklərdən sonra)

Boru anomaliyaları

Siqaretçəkmə, başvermiş düşüklər, keçirilmiş kesar əməliyyatı da risk faktorları arasındadır.

Boru hamiləliyinin əlamətləri çox azdır, əsasən zəif vaginal qanama vəya ləkələnmə, gecikmiş menstruasiya ilə xarakterizə edilir. Ən böyük təhlükə isə borunun partlamasıdır. Bu zaman qarnın aşağı nahiyyəsində kəskin batıcı, deşici ağrı əmələ gəlir. Qarın və çanaq nahiyyəsində həssaslıq artır. Başgicəllənmə və ya huşunitməsi baş verə bilər. Əsasən nəfəsalma vaxtı boyun və kürək ağrısı peritoniçi qanamalardan xəbər verir.

Boru hamiləliyi diaqnozunu təsdiqləmək üçün günaşırı qanda betta-hCG (xorionik qonadotropin) hormonu yoxlanır, transvaginal USM aparılır. 48 saatdan bir aparılan betta -hCG müayinəsində ən az 66% qədər artım olması uşaqlıqdaxili hamiləliyi təsdiq edir.

Artımın 66%-dən az olması bizi boru hamiləliyi diaqnozuna yaxınlaşdırır. Xatırladaq ki boru hamiləliyində borunun partlamasına şübhə olarsa təcili, təxirəsalınmadan cərrahi əməliyyat icra olunmalıdır!!!

Partlamamış boru hamiləliklərində qanda betta-hCG-nin miqdarından, hamiləliyin böyüklüyündən asılı olaraq medikamentoz müalicə mümkündür. Bu zaman fol turşusu antoqonistlərindən istifadə olunur. Lakin bu müalicə də ciddi həkim müşahidəsi altında aparılmalıdır!

loading...

Bunlarıda bəyənə bilərsiniz ...