BİTİŞMƏ XƏSTƏLİYİ VƏ SONSUZLUQ

sonsuzluqBu xəstəlik keçirilmiş infeksion iltihabi prossesin nəticəsidir. Bitişmə prossesi incə sap, ip, və ya lent formasında istənilən orqanın digər orqana bitişməsini və ya boşluqlu orqan daxilində bitişməni göstərir. Bu qadın cinsiyyət orqanlarının daxildən istənilən bölməsində olub yumurta hüceyrənin hərəkətinə imkan vermir.

Bu halda uşaqlıq borusu öz gedişi boyu bitişir, sanki yapışır. Bu prosses xaricdən olduqda isə hətta boru sanki düyünlənir. Deyilən faktlar uşaqlıq borusunun keçməməzliyinə gətirib çıxarır ki, bu halda hamiləliyin baş tutmasına maneə olur. Amma spermatozoid bu yapışıqlıları keçə bilərsə yumurtahüceyrəni mayalandırdısa mayalanmış yumurta hüceyrənin usaqlığa düşmək şansı olmur və uşaqlıqdan kənar hamiləlik baş tutur.

Mayalanmış yumurta hüceyrə həcmcə daha böyük olduğundan borunun daralmış mənfəzindən keçib uşaqlığa düşə bilmir və boru divarına yapışaraq orada inkişaf etməyə başlayır. Bu hal uşaqlıqdan kənar hamiləlik adlanır və qadının həyatı üçün böyük təhlükə törədir.

loading...

Əgər uşaqlıqdankənar hamiləlik vaxtında müəyyən olunub, cərrahi yolla kənar edilməzsə, döl böyüyüb borunun yırtılmasına, güclü qanaxmaya və nəhayət qadının tələf olmasına səbəb ola bilər.

Bu hala yol verməmək üçün infeksion iltihabi prossesin əlamətlərini: qarın boşluğunun aşağısında ağrı, menstrual tsiklin pozulması, tez tez fərqli rəngli, xarakterli ifrazatı qadın özündə müşahidə edərsə mütləq sürətdə özünü və cinsi partnyorunu müayinəyə cəlb etməlidir.

Cinsi yolla yoluxa biləcək xlamidiya, qonorreya və digər törədicilərlə yanaşı, vərəm xəstəliyinin və ya qarın boşluğunda keçirilmiş əməliyyat sonrası bitişmələrin də rolunu unutmamaq lazım.

loading...

Bunuda oxu...