BİSEKSUALLIQ NƏDİR?

biseksualliqBiseksuallıq insanın öz cinsinin və qarşı cinsin nümayəndəsinə cinsi meylinin olmasıdır. Yəni biseksual kişi həm qadına, həm də kişiyə, biseksual qadın isə həm kişiyə, həm də qadına cinsi meyl edə bilər.

Cinsi oriyentasiya olan biseksuallıq haqqında dərin araşdırmalar aparılmayıb. Çox araşdırmalar heteroseksuallıq və homoseksuallıq üzərində aparılıb. Bu səbəbdən biseksual insanların cəmiyyətdə dəqiq faiz dərəcəsi məlum deyil.

Müəyyən araşdırmalara əsasən 15-25% qadın və 33-46% kişi biseksualdır. 1993-cü ildə aparılmış digər araşdırma 5 % kişilərin və 3 % qadınların özlərini biseksual hesab etdiklərini aşkar edib.

loading...

Biseksuallıq həm kişilərdə, həm də qadınlarda ola bilər. Belə ki bir kişi həm qadına, həm də kişiyə, və bir qadın qadına və kişiyə eyni anda ehtiras, sevgi hiss edirsə, o zaman həmin insan biseksual sayılır.

Biseksuallıq həmçinin panseksuallıq da adlandırıla bilinər. Biseksuallıq, hetero və homoseksuallıq ilə, üç əsas oriyentasiyadan biridir. Biseksuallıq mütləq hər iki cinsə eyni dərəcədə sevgi, istək və ehtiras tələb etmir.

Cinsi oriyentasiya yeganə faktorla müəyyən olunmur, bu zaman bir çox genetik, hormonal və ətraf mühit amilləri aparıcı rol oynayır.

Əsas amil isə biolojidir, düşünülən kimi sosial deyil. Əsasəndə kişilər arasında. Kişi və qadın biseksuallığı bir çox cəmiyyətlərdə və heyvanlar arasında rast gəlinir. Ancaq “biseksuallıq” termini 19-cu əsrdə yaranıb.

Tanınmış biseksual şəxslər arasında Tom Xardi, Anjolina Juli, Megan Foks, Lady Gaga, Zoe Soldana, Fergie, Freddi Merkurinin adları var.

loading...

Bunuda oxu...