BİOPSİYA

Biopsiyanın “canlı ikən görmək” mənası daşıyır. Diaqnostika məqsədilə canlı şəxslərdən, yəni xəstələrdən üzv və toxuma hissəciklərinin götürülərək mikroskop altında patohistoloji müayinədən keçirilməsinə deyilir. Biopsiya ən dəqiq və qəti həyati morfoloji diaqnostika üsulu kimi müasir səhiyyə sistemində çox geniş yayılmış və hal-hazırda çox əksər tibb  müəssisələrində tətbiq edilir.

Onkoloji, cərrahi, uroloji və ginekoloji patologiyalar zamanı isə biopsiya müayinələrinin rolu əvəz edilməzdir və demək olar  ki, bir qayda olaraq bütün xəstəliklərdə tətbiq edilir.

Bioptatların əldə edilmə texnikasından və bədəndən götürülmə xüsusiyyətlərinə görə biopsiyaların aşağıdakı növləri ayırd edilir.

loading...

Kəsilib götürülməklə olan biopsiya-adətən dəri xəstəlikləri, ağız boşluğu üzvləri, uşaqlıq yolu və boyunun patologiyaları, açıq yaralar zamanı və s. bu kimi hallarda patologiya nahiyəsindən kiçik tikə hissəsi kəsilib götürülür və mikroskopik müayinədən keçirilir.

Punksion biopsiya – xüsusi şprislər vasitəsilə boşluqlu üzvlərə toplanmış mayedən götürülərək sitoloji müayinə aparılmasına deyilir.

Endoskopik biopsiya-endoskopiya müayinələri zamanı həm də həmin nahiyədən endoskop vasitəsilə toxuma hissəciyinin götürülərək patohistoloji müayinə edilməsinə deyilir.

Cərrahi əməliyyatla bioptatın götürülməsi – bəzən yerli narkozla dəridə və dərialtı toxumalarda parasentez kəsik aparılır və troakar çəklində xüsusi alət daxili üzvə yeridilərək onun parenximasından toxuma hissəciyi götürülür.

Bəzən isə yalnız diaqnostika məqsədilə ümumi narkoz altında cərrahiyə əməliyyatı aparılır, xəstə üzv açılır, ondan biopsiya materialı götürülür və bununla da cərrahiyyə əməliyyatı başa çatdırılır.

Cərrahi biopsiya – bu zaman müalicə məqsədilə cərrahiyyə əməliyyatı aparılaraq üzv və ya toxuma hissəsi çıxarılır və çıxarılmış toxuma xəstəliyin növünün,xarakterinin,forma və mərhələsinin və s. göstəricilərinin aydınlaşdırılması məqsədilə biopsiya müayinəsinə  göndərilir.

Yaxma materialının götürülməsi-bəzən boşluqlu və borulu üzvlərdən, selikli qişalardan qaşımaqla toxuma hissəsi götürülərək biopsiya müayinəsi  üçün göndərilir. Belə hallarda adətən histoloji deyil, sitoloji müayinə aparılır. Sitoloji müayinə həmçinin aspiratlarda da aparılır. Aspirat və ya aspirasion punktat-boşluqlu üzvlərdə toplanmış maye-mühtəviyyatın tibbi şprislərlə çəkilərək əldə edilməsinə deyilir.

loading...

Bunuda oxu...