BİOFAST, TOZ

Biofast təbii sinbiotikdir. Tərkibi saccharomyces boulardii, inulin.

Biofast mikrobəleyhinə və diareyaəleyhinə təsirlərə malik bioloji preparatdır. Tərkibindəki Saccharomyces boulardii müalicəvi maya göbələkləri Clostridium difficile, Klebsiella pneumoniae, Staphylococcus aureus, Pseudomonas aeruginosa, Candida kruesei, Candida albicans, Candida pseudotropicalis kimi patogen və şərti-patogen mikroorqanizmlərə qarşı antaqonist effekt nəticəsində mikrobəleyhinə təsir göstərir.

Enthamoeba hystolitica, Lambliae, Shigella kimi mikroorqanizmlərin də inkişafının qarşısını alır.

loading...

IgA və digər immunoqlobulinlərin hasilini artıraraq,yerli immun müqaviməti artırır. Psevdomembranoz kolitə səbəb olan Clostridium difficile toksinlərinə, həmçinin enterotoksinlərə qarşı antitoksik təsir göstərir.Nazik bağırsaq disaxaridazalarının aktivliyini artırır. Spermin və spermidin poliaminləri sayəsində nazik bağırsağın selikli qişasına trofik təsir göstərir.

Biofast preparatının tərkibinə həmçinin təbii prebiotik olan inulin daxildir. İnulin fruktoza qalıqlarından təşkil olunmuş polisaxariddir. İnulin mədə-bağırsaq traktının yuxarı şöbələrində fermentlərin təsirindən parçalanmır, sərbəst şəkildə yoğun bağırsağa çataraq, seçici olaraq “xeyirli” mikrofloranın inkişafını dəstəkləyir.

Laktobasillər və bifidobakteriyalar inulinlə qidalanaraq, artırlar, patogen bakteriyaları sıxışdırıb çıxardırlar, bununla da bağırsaq peristaltikasını və həzm prosesslərini yaxşılaşdırırlar.

İstifadəyə göstərişlər:

Uşaqlarda və yetkin şəxslərdə kəskin və xroniki bakterial diareya;

Virus mənşəli kəskin diareya;

Antibiotik qəbulunun səbəb olduğu kolit və diareyaların müalicə və profilaktikası;

Bağırsaq disbakteriozu, enterokolit;

Qıcıqlanan Bağırsaq Sindromu

Psevdomembranoz kolit və Clostridium difficile səbəb olduğu xəstəliklər;

Uzunmüddətli enteral qidalanmanın səbəb olduğu diareya.

İstifadə qaydası:

Yenidoğulmuşlarda: gün ərzində 1 paket, 10-15 ml qaynadılmış soyuq suda və ya süddə həll etdilərək, yeməkdən sonra daxilə qəbul edilir.

6 yaşa qədər uşhaqlarda: 1 paket gün ərzində1-2 dəfə, 10-15 ml qaynadılmış soyuq suda və ya süddə həll etdilərək, yeməkdən sonra daxilə qəbul edilir.

6 yaşdan yuxarı uşaqlar və böyüklərdə: 1-2 paket gün ərzində 2 dəfə, 10-15 ml qaynadılmış soyuq suda və ya süddə həll etdilərək, yeməkdən sonra daxilə qəbul edilir.

Hazırlanmış məhlulu bir neçə gün otaq temperaturunda saxlamaq olar.

Tövsiyə olunan müalicə müddəti:

kəskin diareya 3-5 gün;

disbakterioz, qıcıqlanan bağırsaq və xroniki diareya sindromunun müalicəsi zamanı 10-14gün;

antibiotik qəbulu ilə əlaqəli diareya və psevdomembranoz kolitin müalicə və profilaktikası zamanı antibiotik qəbulunun ilk günündən etibarən 2 paket gün ərzində 2 dəfə qəbul edilir.

İstifadə qaydasına dair xəbərdarlıq: çox soyuq və isti içkilərə,qidaya əlavə etməyin.

Yan təsirləri: Allergik reaksiyalar,mədə nahiyyəsində narahatlıq hissi ola bilər ki, bu əlamətlər preparatın qəbulunun dayandırılmasını tələb etmir.

Əks göstərişlər: Tövsiyə olunan doza istifadə edilən təqdirdə əks göstərişlər müəyyən edilməmişdir.

Göbələkəleyhinə vasitələrlə birgə qəbulu, preparatın kliniki effektivliyini azaldır.

loading...

Bunuda oxu...