BİLMƏLİ OLDUĞUNUZ 12 FAYDALI MEYVƏ (2 hissə)

MeyvələrAşağıda sağlamlığımıza faydalı digər 12 meyvənin siyahısı gətirilib.

Böyürtkən

ABŞ Kənd Təsərrüfatı Agentliyinin məlumatına görə, böyürtkən antioksidant gücünə görə 10-cu yerdədir. Böyürtkənin tərkibində olan polifenol maddəsi damar xəstəlikləri, xərçəngin qarşısını almağa kömək edir. Bu fibraya görə də birinci yerdədir.

loading...

Kivi

Əgər sizin həzm probleminiz varsa onda kivi sizin meyvənizdir. Bir araşdırmada deyilir ki, bağırsaq sindromu olan 41 insan 6 həftə ərzində gündə iki dənə kivi yeməklə onların xəstəlik simptomlarıda azalma baş verib. Kivi qabığı da fibra və ilkin biotik mürəkkəb karbohidratlarla zəngindir.

Portağal

Əgər gün ərzində bir dənə orta ölçülü portağal yesəniz, deməli günlük vitamin C normasını qəbul edibsiniz. Bu da immun sistemə çox yaxşı təsir göstərir. Portağalın tərkibində, həmçinin, fibra, kalium, kalsium, folium turşusu və digər B vitaminləri də vardır ki, bu da sağlamlığınız üçün xüsusi əhəmiyyətə malikdir. Ona görə də getdiyiniz hər yerə bir ədəd portağal götürməyiniz məsləhətdir.

Gavalı

Gavalı narahatlığın azaldılmasına kömək edən sakitləşdirici meyvədir. Gavalının tərkibindəki antioksidantlar hətta fransız alimlərinin fikrincə siçanların da narahatlığını azalda və onları sakitləşdirə bilər.

Nar

Kaliforniya və Los Anceles universitetlərinin araşdırmasına görə, nar şirəsindən alınan şərablar tədqiqi antioksidant səviyyəsi üzrə içkilərin sırasında birinci yeri tutur. Lakin narın şirəsini yenicə çəkibsinizsə, sentyabr və fevral aylarına qədər gözləyin. Nəticədə alınan şərab daha heyrətamiz olur.

Çiyələk

Çiyələk vitamin C ilə çox zəngindir, gündə bir stəkan çiyələk yeməyiniz artıq günlük normanı təmin etməyiniz deməkdir. Onlar, həmçinin ürəyin qorunması üçün olan fol turşunun gözəl mənbəyidir. Hər şeydən daha asanı odur ki, çiyələk təbii olaraq dişlərinizi ağardır. Çiyələyi əzin və onu  yemək üçün nəzərdə tutulmuş soda ilə qarışdırın. Alınan məhlulu dişlərinizə sürtün və 5 dəqiqə saxlayın. Bunu həftədə bir dəfə təkrar edin.

Avokado

Tərkibində sonsuz sada olan yağlı turşuların sayəsində avokado bədəndə yaxşı xolestrolların miqdarını artırır, pis xolestrolların miqdarını isə azaldır. Avokadonun tərkibində yağlı turşular ürək üçün də faydalı xarakter daşıyır.

Pomidor

Bəzi insanlar pomidorun tərəvəz olduğunu düşünsə də, bu bizim top meyvələrimiz arasındadır. Tərkibində C vitamini, fibra, kalium mövcuddur və aşağı kalorili meyvədir.

Moruq

Moruğun tərkibində fibra zəngindir. Təkcə yarım stəkan bu giləmeyvədən yemək sizə 4 qram fibra verir. Siz həmçinin gündəlik tövsiyə edilən 25 faiz vitamin C və manqan əldə edirsiz.

Boranı və ya boranı toxumları

Bəli boranı da meyvədir. Boranı qan təzyiqinin qarşısını alan beta karotinlə zəngindir. Əgər evdə düzəldilmiş boranı piroqu hazırlamaq çətindirsə, onun toxumlarını salata və şorbalara əlavə edə bilərsiz.

Qarpız

Qarpız vitamın A və C ilə zəngindir. Tərkibində ki lisofin maddəsi sizin sağlamlığınız üçün xüsusi əhəmiyyətə malikdir. Tərkibində pomidor ilə müqayisədə daha çox sağlamlıq üçün faydalı olan maddələr var.

Ananas

Ananas nəyin ki yeməklərinizə şirinlik gətirir, həmçinin tərkibində ki bromelin maddəsi köpü azaltmağa və həzm fermentlərini qaydaya salmağa kömək edir.

loading...

Bunuda oxu...