BİLMƏDİKLƏRİMİZ HAQQINDA  

Omez bildiyiniz dərman həzm üçün deyil. Mezim adı ilə oxşardır. Amma tərkib fərqlidir. Omez tərkibi omeprazoldur. Mədədə turşuluğu azaltmaq üçündür. Özbaşına “həzmim yaxshi olsun” deyə Omez qəbul etməyin. Mezim isə həzm fermentləridir.

hərarətliykən nə böyük, nə uşaq massaj edilməz. Virus infeksiyasında heç olmaz. Prosesi yayırsız.

Doppler “ən güclü müayinə” üsulu demək deyil. Sadəcə damarları, qan dövranını göstərir. –

loading...

Tetrasiklin və levomisetin qarınağrı dərmanı deyil. Uşaqlar üçün heç deyil. Bildiyiniz antibiotiklərdir.

Spazmalqon kimi.bildiyiniz dərman spazmı götürmür. Adını belə qoyublar ki çox alınsın. Tərkibi bildiyiniz analginle eynidir. Metamizol-Na yeni bir spazmalqon təsir etmədisə , bir de üstəlik analgin qəbul etməyin.

Noşpa başağrısı üçün deyil. Əsasən,saya əzələlərinin spazmini götürür. Bu da mədə bağırsaq sisteminə aiddir.

Parasetamol təkcə hərarət üçün deyil, həm də ağrıkəsicidir. Yəni ki, hərarəti normal olan, amma başağrısı olan bir kəsə versəniz onun hərarəti normadan aşağı düşməz. Eyni şey ibuprofenə də aiddir.

“istədim ürəyim rahat olsun “deyib uşağı hər öskürəndə rentgen etdirməyin. Rentgen şüası zərərsiz deyil.Göstəriş yoxdursa heç etdirməyin. Göstəriş dediyim isə sizin ürək rahatlığınızla ölçülmür.

Ayaqlarda olan tutmaşəkilli ağrılar zamanı ” damar damarı minmir” ümumiyyətlə damarların belə adəti yoxdur..bu əzələdəki maqnezium, kalsium azlığından xəbər verən yerli qicliq vəziyyətidir. Krampdir.

banka qoymaq bədəndən soyuqlamani çıxarmır. Nəsə edir, amma yerinin göyərməsi soyuqlamanin güclü olmasından xəbər vermir. Uşaqlara etməyin.

Pediatr Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...