BİLDİRÇİN YUMURTASI

Bildirçin yumurtasının hörməti çoxdur, faydası da az deyil. Amma tez-tez eşitdiyim “doktor, uşaq hələ danışmır, bildirçin yumurtası içirimmi görəsn” fikirlərinə görə araşdırım dedim. Və bildirçin yumurtası ilə nitq arasında bir əlaqə tapmadım.

Hətta təhlükəli ola bilən momentləri nəzərinizə çatdırmaq istədim.

Bildirçinlər toyuqlar kimi solmonellyoz xəstələyinə tutulmur. Amma bu o demək deyil ki, onları çiy yemək olar. Bildirçinin də, toyuğun da bədən hərarəti 41-42 dərəcə olur. Salmonellalar isə 60 dərəcədən yüksək istilikdə məhv ola bilir. yəni bildirçin yumurtası da salmonellyoz mnbəyi ola bilər.

loading...

Amma onlarda Pulloroz ola bilir. onun da törədicisi də salmonella sırasından bir növdür: Salmonella pullorum. Yüngül dərəcə də olsa qida toksikoinfeksiyasına səbəb ola bilir. Bu yüngül dərəcə dediyimiz isə körpə uşaqarda çox ağır keçə bilər. Uşaqlara çiy bildirçin yumurtası verməyin!

Bişmişini isə verə bilərsiniz, yəni qida dəyəri yüksəkdir.

100 qr bildirçin yumurtasında:

zülal 13 qr

natrium 141mq

kalsium 64 mq

fosfor 226mq

kalium 132 mq

dəmir 3.7mq

Bildirçin yumurtası doymamış yağ turşuları ilə zəngin olduğuna görə bəlkə də deyilir ki, nitqə, danışığa müsbət təsir edər. Amma bu səthi və əsassız bir fikirdir. Zülalı çox olduğuna görə isə ehtiyatlı olmaq lazım. Xüsusən böyrək problemi olanlarda.

Vitamin A, D ilə də zəngindir. Amma özünüzü yorub bildirçin yumurtası axtarışlna çıxmayın. elə kənd toyuğu yumurtasını verin, bəsdir.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...