BEYNİ GӘNC TUTMANIN ӘSAS QAYDALARI

Yaddaşınızı qidalandırın

Yaddaşı güclәndirmәk üçün sadәcә hәr qida qrupundan balanslı olaraq qәbul etmәk. Eyni zamanda yaddaşı dәstәklәyәn qidaları vә vitaminlәri bilib qәbul etmәk vacibdir. Omeqa3, Selenium, fol turşusu, B6, B12, C, E vitaminlәri beyindәn zәrәrli maddәlәri tәmizlәyir.

Fol turşusu yaşıl yarpaqlı tәrәvәzlәrdә, Omeqa 3 balıqda,B6 taxıllı mәhsullarda, B12 qırmızı әtdә olan vitaminlәrdir. Antioksidant tәrkibli yağlarla fındıq, qoz vә s. çәrәzlәr zәngindir. Bu mәhsulları qabıqlı alıb özünüz tәmizlәyib istifadә etmәniz mәslәhәtlidir. Qlükoza beyinә lazımlı maddә olduğu üçün, qanda şәkәrin normadan aşağı olması zehni qabiliyyәti zәyiflәyir.

loading...

Keyfiyyәtli yuxu

Yaxşı zehni qabiliyyәt üçün әn az 6 saat yatmaq lazımdır. Uzun müddәt yuxusuzluqdan әziyyәt çәkәnlәrdә kortizon sәviyyәsi yüksәlir. Gecә yuxu zamanı orqanizmin bioloji ritmini vә saatını normallaşdıran melatonin hormonu ifraz olunur.

Bu hormon immunitet sistemini güclәndirir, stress vә yaşlanmanın sәbәblәrini azaldır, әn çox gecәnin qaranlıq müddәtindә ifraz olunduğu üçün yuxunuzu erkәn saatlara çәkin.

Hәm zehni hәm fiziki aktivlik

Hәftәdә sadәcә 4 gün 35-40 dәqiqә yürüyüş etmәklә belә beyinә qan axını artır vә zehni funksiyalar güclәnir. Eyni zamanda yeni bilgilәr, elm öyrәnmәk zehni inkişaf etdirir. TV seyr etmәklә zehn passivlәşir vә zәiflәyir.

Stressinizi kontrol edin

Ağır, xroniki stress halları diqqәti zәiflәdir, konsentrasiyanı pozur, unutqanlığa gәtirir.

Alkoqol vә siqaretә yox deyin

Damar sisteminә zәrәr verәn siqaret, beyin damarlarını da zәdәlәyir. Alkoqol isә qan yağlarını artırır. Bu da damar divarlarını qalınlaşdırır vә damarın quruluşunu pozur.

Dr. Elşən Ağabalayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...