BEYİNİN İŞİNİ GÜCLƏNDİRMƏK – MƏSLƏHƏTLƏR

Şəkil çəkin. Şəkil çəkmək beyinin sağ yarımkürəsini stimul edir. Yaxşı şəkil çəkib çəkməməyiniz əsas deyil.

Yazın. Bir gündəlik tutun və fikirlərinizi ədəbi şəkildə yazın. Yazı zamanı kritik düşüncə və analitik bacarıqlar inkişaf edir.

İdman edin. İdman bütün orqanizmə, və beyinə, müsbət təsir edir.

loading...

Beyin şturmu. Beyin şturmu texnikaları düşüncə qabiliyyətini inkişaf etdirir və yeni ideyaların yaranmasına kömək edir.

Krossvord həll edin. Bu kritik düşüncənin və yaddaşın inkişafına səbəb olur.

Şahmat oynayın. Ən ağıllı oyun. Şahmat məntiqi düşüncənin, yaddaşın, diqqətin və digər qabiliyyətlərin inkişafına kömək edir.

Suallar verin. Özünüzə, başqa insanlara. Və onlara cavab axtarın. Bu sizi fikirləşməyə, düşünməyə və xatırlamağa vadar edəcək.

Pozitiv düşünün. Pozitiv düşüncə pozitiv emosiyalar yaradır. Bu isə yaxşı hormonların istehsalına səbəb olur və düşüncə qabiliyyətini inkişaf etdirir.

Stressdən uzaq olun. Stress zamanı kortizol hormonu istehsal olunur, hansı ki böyük dozalarda beyin hüceyrələrini öldürür.

Meditasiya edin. Meditasiya IQ artırır, stressi azaldır.

Dərindən nəfər alın. Bu qanda oksigenin dərəcəsini artırır və beyin hüceyrələrinin işinə müsbət təsir edir.

Gülün. Gülüş zamanı beyində endorfinlər artır, hansılarki ağrıkəsici effektinə sahibdirlər.

Musiqi dinləyin. Musiqi emosional intellekti artırır. Klassik musiqi daha faydalıdır.

Kitab oxuyun. Bu dünyagörüşünü artırmaqdan əlavə, həmçinin beyinin sağ yarımkürəsini inkişaf etdirir.

loading...

Bunuda oxu...