BEYİNİN FORMASINI DƏYİŞƏN 4 FAKTOR

İntellektÖtən əsr beyin tədqiqatlarında ən mühüm hadisə beyinin elastik olduğunun öyrənilməsi oldu. Aşkar edildi ki, beyin yeni məlumatlar və stimullar hesabına dəyişə bilər. Beləliklə neyroplastiklik anlayışı yarandı. Baş beyinin formasının dəyişməsinə növbəti faktorlar səbəb olur.

Meditasiya insanı daha diqqətli edir

Meditasiya insana tək rahatlaşdırıcı təsir etmir, həmçinin beyinin boz maddəsinin sıxlığını dəyişir. Bu isə insanın daha diqqətli olmasına, informasiyanı tez yadda saxlamasına və orqanizmdə stresin səviyyəsinin azalmasına səbəb olur.

loading...

Fiziki məşqlər neyroqenezi işə salır

İdman yaddaşı bərkidir, endorfin və serotonin kimi, neyrotransmitterlərin yaranmasına və ən əsası beyində neyronların artmasına səbəb olur.

Neyronlar baş beyin hüceyrələridir.  Onların sayı nə qədər çox olarsa, beyinin hesablayıcı gücü və yeni məlumatı emal etmək və yadda saxlamaq qabiliyyəti bir o qədər çox olar.  Yeni yaranmış neyronlar istifadə olunmadıqda məhv olurlar, bu səbəbdən beyinin aktivliyi vacibdir.

Depressiya beyini sıxır

Neyronların birləşmələri dendrit adlanır, onlar məlumatı beyinə ötürür. Depressiya beyində kimyəvi maddələrin disbalansına səbəb olur, bu isə həmin dendritləri sıxır.

Yaddaş əzələ kimidir

Yaddaş əzələ kimi işləyir. Alimlər belə düşünür. Yaddaşda çox informasiya saxlamaq yeni neyron əlaqələrinin yaranmasına səbəb olur. Hippokamp strukturunu dəyişir.

Bu sübut edir ki, beyin tək xəstəliklər təsiri altında deyil, həmçinin müxtəlif faktorların təsiri altındada formasını dəyişir.

loading...

Bunuda oxu...