BEYİNİ GƏNC SAXLAMAĞIN 6 SADƏ YOLU

BeyinCəmiyyətdə hər zaman deyilir ki, köhnə itə yeni hiylələr öyrədə bilməzsən – yetkin insanlar yeni bacarıqları uşaqlara nisbətən çətin öyrənir. Və bəzi hallarda bu doğrudur: böyüklər pul, vaxt və real həyat kimi məhdudiyyətlərlə üzləşən zaman, körpələr yemək, yatmaq və öyrənməkdən başqa heçnə etmir.

Tibb elmləri namizədi, ABŞ`ın Kaliforniya ştatının Riverside Universitetinin psixologiya kafedrasının dosenti Rachel Wu bildirir ki, bu belə olmamalıdır.

İnsan inkişafı haqqında nəşr olunmuş yeni məqalədə Wu iddia edir ki, nəsə öyrənməyə uşaqlar kimi yanaşmaq istənilən yaşda olan insana hər şeyi anlamağa və çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.

loading...

Bu yetkin insanlarda nəinki yeni talant və hobbilərinin inkişafına kömək edəcək, hətta Wu qeyd edir ki, bu tədqiqatlar onların beynini daha gənc saxlamağa, yaşla əlaqədar koqnitiv azalmaların gecikməsi və ləngiməsinə kömək edə bilər.

Rahat həyatınızdan kənardakı macəra

Wu deyir ki, yetkin insanlar kimi biz gün ərzində oxşar bacarıqlardan istifadə edirik: təcrübəli olduğumuz sahədə işləyirik, eyni məkanlara getmək üçün eyni nəqliyyatdan istifadə edirik, artıq adət etdiyimiz rahat rejimi tədbiq edirik. Ancaq bütün bu adətlər beynimizin müəyyən hissələrinin fəaliyyətini məhdudlaşdırır və biz ancaq adət etdiyimiz şeyləri edirik.

O qeyd edir ki, əgər siz yeni bacarıqlar öyrənməyə cəhd edirsiniz və bu bacarıqları çox asanlıqla qavrayırsınızsa, bu o deməkdir ki, onlar sizin sahib olduğunuz bacarıqlarla oxşardır.

Şəxsi müəllimdən dərs almaq

Profesional  dərslərin öhtəsindən gəlmək olarmı? Wu deyir ki, mən böyüklərin qruplarında barter sistemini görmüşəm, məsələn bu sistemdə  bəziləri bacarıqlı rəssam, bəziləri isə musiqiçidir. Bir baxımdan burada hər kəs həm müəllim, həm də şagirddir.

Özünə inam

Wu deyir ki, bu ən sərt qaydalardan biridir, çünki bizim mədəniyyətimizdə belə qəbul olunub ki, böyüklər inkişaf edə bilməzlər, bu bir stereotipdir. İnsanların əksəriyyəti düşünür ki, böyüklərin yeni sahələrdə uğur əldə etməsi üçün təbii talanta ehtiyacı vardır, sadəcə çox çalışmaq kifayət etmir.

Ətrafında yalnız sənə inanan insanların olmasına imkan ver

Səhv etmək qorxusu böyüklərin yeni şeylər öyrənməsini ləngidən əsas səbəblərdən biridir; əgər biz nəyəsə cəhd edirik və uduzuruqsa, biz tənqidlə üzləşə, pulumuzu itirə və işdən çıxarıla bilərik.

Buna görə də Wu deyir ki, evdə və işdə sizə səhv etməyə və səhvlərinizdən nəticə çıxarmağa imkan verən insanlardan dəstək almaq çox vacibdir.

Ciddi öhdəlik götürün və unutmayın

Wu qeyd edir ki, hər kəsin özünəməxsus motivasiya qaynağı var və insanlar onlar üçün uyğun olan ilham mənbəyini tapmalıdırlar. O deyir ki, bəzi araşdırmalar göstərir ki, yeni məqsədləriniz haqqında ailənizə və ya dostlarınıza danışmağınız da sizi motivasiya edə bilər.

Bir dəfədə daha çox şey öyrənin

Wu deyir ki, çünki bizim vaxtımız çox dəyərlidir, biz sahib olduğumuz hər hansı bacarıq və ya hobbiyə vaxt ayırmaq istəmirik. Ancaq vaxt və enerjinin 3 və ya 4 sahəyə bölünməsi sizin beyninizi müxtəlif istiqamətlərdə genişləndirəcək.

Bu o demək deyil ki, siz eyni zamanda 4 müxtəlif fəaliyyətlə məşğul olmalısınız. Məsələn 2016-cı ildə siz hər hansı dili öyrənməyə başlıya bilərsiniz, daha sonra musiqi dərslərinə gedə bilərsiniz və növbəti il isə başqa fəaliyyətlərlə məşğul ola bilərsiniz.

Wu qeyd edir ki, bu 6 strategiyanın ideyasının koqnitiv azalmaya əks təsirini elmi araşdırmalarla sınaqdan keçirmək lazımdır. Ancaq o bildirir ki, onun müləhizələri 50 illik araşdırmalara əsaslanır və o elmi araşdırmaların nəticələrinin müsbət olacağına inanır.

Cəmiyyətdə hər zaman deyilir ki, köhnə itə yeni hiylələr öyrədə bilməzsən – yetkin insanlar yeni bacarıqları uşaqlara nisbətən çətin öyrənir. Və bəzi hallarda bu doğrudur: böyüklər pul, vaxt və real həyat kimi məhdudiyyətlərlə üzləşən zaman, körpələr yemək, yatmaq və öyrənməkdən başqa heçnə etmir.

Bunuda oxu...