BEYİNDƏ QAN DÖVRANI ÇATIŞMAZLIĞI

Beyin hüceyrələrin (neyronların) normal fəaliyyəti üçün çoxlu enerji tələb olunur.

Bu enerjini beyin qan dövranı sistemindən alır. Lakin bəzi hallarda beyinin normal qan təchizatı müxtəlif səbəblərə görə pozulur və nəticədə “beyin qan dövranı çatışmazlığı” yaranır.

Hazırda “beyin qan dövranı çatışmazlığı” əliliyin əsas səbəblərindən biri sayılır. İldən ilə belə xəstələrin sayı sürətlə artır. Bu pozulma hətta orta yaşlı insanlarda müşahidə olunur.

loading...

Beyin qan dövranı çatışmazlığı ilk mərhələlərdə özünü bu kimi simptomlarla büruzə verir:

  • tez yorulma,

  • emosional dəyişkənlik,

  • diqqətsizlik,

  • yuxunun pozulması,

  • baş ağrıları. Tez-tez təkrarlanan baş ağrıları çox ciddi simptom sayılır.

  • başgicəllənməsi,

  • yaddaşın pozulması,

  • qulaqlarda küy, cingilti.

Lakin vaxt keçdikcə xəstəlik daha da ağırlaşır ki, nəticədə xəstədə ağıl zəifliyi, parkinson sindromu və s. ağır psixiki pozulmalar inkişaf edə bilər. Xəstə evdən çıxarkən aza bilər, onun yaddaşı çox zəifləyir, xəstə öz qohumalarını və yaxınlarını tanımır və s.

Pozulmanın inkişaf etmə səbəbləri:

  • damarların aterosklerozu,

  • xroniki stress,

  • hipertoniya xəstəliyi,

  • şəkərli diabet xəstəliyi,

  • baş travmaları,

  • xroniki yorğunluq sindromu,

  • osteoxondroz və skolioz.

Özünüzdə yuxarıda sadaladığımız ilk simptomları müşahidə etdikdə, dərhal nevroloqa müraciət edin.

loading...

Bunuda oxu...