BEYİN ÜÇÜN TƏHLÜKƏLİ VƏRDİŞLƏR

BeyinHədsiz çox şəkər qəbulu

Tədqiqatlara əsasən, çox miqdarda şəkər qəbulu beynin neyron yaradan hissəsinə mənfi təsir edir. Beynin bu hissəsi uzun müddətli yaddaş və öyrənmə qabiliyyətini tənzimləyir.

İnsanlardan uzaq qalmaq

loading...

Miçiqan Universitetinin (ABŞ) araştırmalarına əsasən, gündəlik cəmi 10 dəqiqə insanlarla söhbət etmək zehni bacarığın inkişafı üçün önəmlidir.

Beyini inkişaf etdirməmək

Tətqiqatlarına görə, beynin ən məhsuldar olduğu dövr 16-25 yaş arasıdır. Bu müddətdə məhsuldarlıq daha da artır və yaş irəlilədikcə aşağı düşür. Ancaq mütəmadi beyin idmanları etmək (mütaliə, tapmacalar) beyin gücünü artır.

Səhər yeməyi yeməmək

Müntəzəm şəkildə səhər yeməyini yeyən uşaqlar məktəbdə daha bacarıqlı və fəal iştirak edirlər, xüsusilə də, elmi işlərdə. Səhər yeməyini yeməmək qanın qlükoza səviyyəsini salır, bu da öz növbəsində beyin funksiyalarına təsir edir.

Fast food

Həddindən artıq fast food qəbulu beyin hüceyrələri arasındakı əlaqənin zəiflədir. Bundan başqa mütəmadi olaraq fast food ilə qidalanmaq depresiyaya səbəb ola bilir.

Dondurma

Dondurma və bəzi soyuq qidalar ani baş ağrısına səbəb olur. Düşünülür ki, soyuq qidalar qan damarlarının nazikləşməsi üçün zəmin yaradır. Bədən isə hipotermianın qarşısını almaq üçün, beyinə ilıq qan göndərir. Bu da öz növbəsində qan damarlarına çatdırılır ki, baş ağrıları meydana gəlir.

Mobil telefonlar

Siçanlar üzərində tədqiqatlar mobil telefonların beyin xərçənginə səbəb olduğunu göstərmişdir. Mütəxəssislər məsləhət görür ki, telefonla danışmaq üçün qulaqcıqlardan istifadə edin. Həmçinin telefonunuzu axşam yatarkən yastığınıza yaxın yerə qoymayın.

Sudan az istifadə

İnsan bədənini 70-80%-i su təşkil edir. Su lazımlı maddələrin beyinə çatdırılmasını da təmin edir. Belə ki, su əskikliyi olmadıqda beyin daha effektiv işləyir.

Spirtli içkilər

Tədqiqatlara görə, spirtli içkilər beyin hüceyrələri arasındakı əlaqəni sürətli bir şəkildə məhv edir. Ancaq, spirtli içkini tərgidən insanlarda beyin yenidən normal fəaliyyətinə davam edə bilir.

Siqaret

Araşdırmalara görə, siqaret xərçəng xəstəliyinin yaranmasına şərait yaradır. Belə bir zərər beynin əqli qabiliyyətlərinə də təsir edir. Çünki beynin bu hissəsi düşünmə funksiyasını yerinə yetirir.

Hərəkətsizlik

Beynin inkişafı üçün sistemli şəkildə hərəkətə ehtiyacı vardır. Fiziki hərəkət beyinə faydalıdır. Belə ki, o uzun müdətli yaddaşı gücləndirir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...