BEYİN HÜCEYRƏLƏRİMİZİ NECƏ ARTIRAQ

Gənc beyinBiz, böyüklər, yeni neyronlar (nerv hüceyrələri) yarada bilərikmi ? Neyrobioloq  Sandrin Tyure deyirki bəli. O tədqiqatların nəticəsinə istinad edir və praktiki məsləhətlər verir.  Böyüklərdə yeni neyronların yaranma prosesi neyroqenez  adlanır.

Yeni neyronlar hippokampda yaranırlar. Hippokamp kəllə beyninin mərkəzi hissəsidir, o öyrənməyə, yaddaşa, əhvala və emosiyalara cavabdehdir. Yeni yaranan neyronlar yaddaş və öyrənmə prosesinə faydalıdır.

Neyroqenez və depressiya əlaqəli proseslərdir. Neyroqenezin aşağı dərəcəsi depressiyanın səbəblərindən biridir. Antidepsessant qəbulu neyroqenezi gücləndirir və depressiyanı azaldır.

loading...

Beləliklə neyroqenez yaddaşı bərkidir, əhvalı yaxşılaşdırır və hətta yaş və stresslə bağlı problemlərin qarşısını alır.  Neyroqenezi sürətləndirmək üçün növbəti amillər faydalıdır:

Öyrənmək. Öyrənmə prosesi yeni neyronların istehsalını artıracaq.

Stress. Stress yeni neyronların istehsalını azaldacaq.

Doyunca yatmama. Neyroqenezi azaldır.

Seks.  Neyroqenezi sürətləndirir.

Yaşlanma. Yaşlanma yeni neyronların istehsalını azaldır.

Qaçış. Yeni neyronların istehsalını artıracaq.

Qidalanma. Kalorilərin 20-30% azaldığında neyroqenez artır. Yemək qəbulları arasında uzun fasilələr faydalıdır. Flavanoidlər, acı şokoladda,  yeni neyronların istehsalını artırır.  Alkoqol neyroqenezə ziyandır.

loading...

Bunuda oxu...