BEYİN HAQDA BİLMƏLİ OLDUĞUMUZ 8 FAKT

BeyinYuxusuzluq, az yuxu düşüncə qabiliyyətini pisləşdirir. Həmçinin yuxusuzluq yaddaşa, diqqətə, əhval-ruhiyyəyə, məntiqə mənfi təsir göstərir.

İki dil bilmək və müntəzəm olaraq iki dildə danışmaq beynin fəaliyyətini yaxşılaşdırır və iki dildə danışan insanlar daha yaxşı konsentrasiyaya və diqqəti bir məsələdən o biri məsələyə keçirmək qabiliyyətinə malikdir.

Yorğun beyin vəhşi təbiətdə, xüsusilə suyun yanında özünü bərpa edə bilir. Dəniz, çay, göl kənarında və ya fontanın yaxınlığında istirahət etmək beyni həddindən artıq yorulmadan xilas edir.

loading...

Araşdırmalara görə ən faydalı beyin məşğələsi sürətlə həll olunan sadə hesablamalar və səsli kitab oxumadır.

Masa üstü tennis oyunu beynin boz maddəsinin aktivliyini dəstəkləyir. Bu oyun zamanı beyin vizual-motorlu koordinasiya, tez reaksiya göstərmə, məkan oriyentasiya funksiyaları daha yaxşı çalışır.

Xroniki stresslər beynin idrak etmə bacarığını pisləşdirir. Xüsusən stress şifahi yaddaşa və məqsədyönlü fəaliyyət bacarığına pis təsir göstərir.

Beyin funksiyalarının normal çalışması üçün əsas şərtlərindən biri kifayət qədər təmiz su qəbuludur. Bu səbəbdən hər gün kifayət qədər su içməyi unutmayın!

Yaşlananda da beynin yaxşı çalışması üçün gündə minimum 20 dəqiqə orta dərəcəli fiziki aktivlik, piyada gəzmək mövcud olmalıdır.

Dr. Elşən Ağabalayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...