BEYİN FƏALİYYƏTİNİ TƏNZİMLƏYƏN VASİTƏLƏR

Qırqovul əti yemək fəhmi artırır, beyini möhkəmləndirir, yaddaşsızlığa qarşı çox yaxşıdır. Püstə hafizə və zehni möhkəmləndirməkdə faydalı dərmanlardan biri sayılır. Mərzə çeynəmək beyin üçün faydalıdır.

Beyini möhkəmləndirmək üçün yasəmən iyləmək də münasibdir. Cücə və fərə əti yemək fəhmi yaxşılaşdırır, beyini gücləndirir, onların beynini bişirib yemək zehni qüvvətləndirir. Şamama iyləmək beyini isidir və qüvvətləndirir. Xardal yemək yaddaşsızlıq üçün faydalı sayılır. Əncir beyini gücləndirir, fəhmi artırır.

Qabaq mürəbbəsi beyini möhkəmləndirməkdə təsirlidi. Çətənə isə beyini keyləşdirir, diqqəti pozur. Heyva iyləmək beyini və əhval-ruhiyyəni yaxşılaşdırır. Alma yemək də bu baxımdan faydalı hesab edilir. Fındıq yemək beyin fəaliyyətini gücləndirir. Boymadərəndən hazırlanan təpitmə baş və beyini qüvvətləndirir.

loading...

Mixək beyini möhkəmləndirir və fərəhgətirici xüsusiyyətə malikdir. Gül yağı baş və beyin üçün olduqca münasibdir. Buruna gülab çəkmək huşsuzluğa qarşı faydalı olmaqla bərabər beyni və diqqəti möhkəmləndirir. Yasəmən iyləmək də bu baxımdan faydalıdır.

Nərgiz iyləmək beyin fəaliyyəti hafizəsi üçün münasibdir. Xiyar iyləmək beyin fəaliyyətini və ruhu yüksəldir. Kəklikotu gülünün mürəbbəsi zehni qüvvətləndirir.

loading...

Bunuda oxu...