BEL YIRTIĞI: GƏNC ANALARA MƏSLƏHƏT

Belimizdə onurğa sümüyünün arasında yerləşən 5 ədəd qığırdak varki, ona “disk” də deyilir. Xüsusi bir bağ toxuma orqanı olan diskin vəzifəsi onurğanın müxtəlif hərəkətlərə və çətinliklərə qarşı dirəncli olmasını, onurğaya gələn zərbələrin əmilməsini və gücün ətraf toxumalara düzgün şəkildə paylanmasını təmin etməkdir.

Bel yırtığı – beldəki onurğa sümükləri arasında olan bu disklərin həddindən çox gücə düşməsi səbəbi ilə yırtıldığı zaman ortaya çıxır. Boyun yırtığı da eyni şəkildə yaranır.

Qadınlar ana olduqlarında, körpə gəzə bildiyi müddətə qədər uzun saatlar boyu onu qucağında daşıyır və onu qucaqda düzgün şəkildə tutmaması isə onurğaya yük olur.

loading...

Uşağı uzun müddət qoynunda daşımaq, anidən əyilib qucağına götürmək, uşaq qucaqdan düşməyə çalışdığında, beli anidən sağa vəya sola əymək onurğa sümüklərindəki disklərə yük olur və bunun nəticəsində, xüsusilə doğmuş qadınların bel vəya boyun hissəsində yırtığ əmələ gələ bilər. Bu səbəbdən uşağı boyuna mindirməmək, qucaqda ikən beldə ağrı olarsa, həmin an qucaqdan qoyub dinlənmək lazımıdır.

Boyunda və beldə ağrılar uzunmüddət narahat edirsə, müayinə olunmaq məsləhətdir.

Dr. Elşən Ağbalayev

loading...

Bunuda oxu...