BEL-OMA NAHİYƏSİNİN YIRTIĞI

İnsanların 80%-i həyatlarının hər hansısa bir dövründə ən az bir dəfə bel bölgəsindəki ağrılardan şikayətlənirlər. Beldə qrija, ümumiyyətlə, 30- 60 yaş arasında olan insanlarda tez-tez görülməsinə baxmayaraq, hər yaşda yarana bilər. Bel yırtığı beldəki fəqərələr arasinda yerləşən və bir növ amortizator kimi funksiyanı yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir.

Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Bel yırıtıqları 4 mərhələdə formalaşır: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr yırtığı.

Bel yırtığının əlamətləri:

loading...

Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar

Bud və baldır əzələlərində olan ağrı

Ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı

Hərəkət məhdudluğu

Baldır əzələlərində qıcolma

Ağrı ilə əlaqədar beldə əyrilik

Yeriyən və oturan zaman ağrıların olması bel yırtğının ələmətləridir.

Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilir. Bel yırtığını,protruziyaları medikamentoz üsulla yanaşı farmakopunktura (biopunktura,hemosinatriya)ilə müalicə olunur.

loading...

Bunuda oxu...