BEL AĞRISINA QARŞI MƏSLƏHƏTLƏR

Bel ağrılarına sәbәb olan yalnış hәrәkәtlәrin birincisi – sәhv pozisiyada ağır yük qaldırmaqdır. Bir әşyanı qaldırmadan әvvәl çömbәlib bu vәziyyәtdә yükü qaldırmaq lazımdır.

  • kәskin hәrәkәtlә arxaya çevrilmәk vә bir әşya götürmәk (xüsusәn avtomobildә). Onurğanı dönәrәk hәrәkәt etmәsindәn qoruyun.

  • çәkinin artması onurğanın yükünü artırır, çünki bütün bәdәnin ağırlığı onurğaya düşür vә ordan ayaqlara yayılır. Çәkinin normada olması üçün sağlam qidalanıb, idmanla mәşqul olmaq lazımdır.

  • bәdәni yuxarıya dartmaq vә bir әşyanı ordan götürmәyә çalışmaq.

  • bel әzәlәlәrini güclәndirmәk üçün idman etmәk mәslәhәt görülsәdә, ancaq hәr idman növü belә faydalı olmaya bilәr, mәsәlәn, basketbol, futbol, halter. Belin sağlam olması üçün düz qaçış, üzgüçülük çox faydalıdır.

  • gündәlik hәyatınızda aktiv olun. Әgәr işiniz hәrәkәtsizdirsә, hәr yarım saatdan bir 5 dәqiqәlik fasilә verib hәrәkәt edin. Hәr yarım saatdan bir oturma pozisiyanızı dәyişin.

  • avtomobil sürәrkәn vә ya işlədiyiniz zaman oturma pozisiyanız çox vacibdir. Oturacağınızda bir yastıq saxlayın vә arxaya çox söykәnmәdәn sükana daha yaxın oturun.

  • uzanaqlı vәziyyәtdә kitab oxumaq onurğanın duruşunu dәyişir.

  • yataq nә çox sәrt nә dә çox yumuşaq olmalıdır. Yatma pozisiyanızda bir mәhdudiyyәt yoxdur.

  • qadınlar hündür topuqlu ayaqqabı geymәklә onurğanın tarazlığı vә bәdәnin ağırlıq mәrkәzi dәyişir. Xüsusәn sağlamlıq üçün idman ayaqqabıları daha mәslәhәtlidir.

Dr. Elşən Ağabalayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...