BELƏ PƏHRİZLƏRDƏN UZAQ DURUN

Tez zamanda arıqlamaq istəyində olanlar uzunmüddətli monopəhriz proqramlarında, 1-2 həftədə bir dəfədən artıq təmizlənmə pəhrizlərində, su, qarpız, şokolad pəhriz proqramlarında, gündəlik fitness məşğələləri olmadan zülal pəhrizlərində çəki itirirlər.

Lakin bu zaman çəki ilə bərabər orqanizmlərində bərpa edilməz minerallar, vitaminlər, zülallar da yuyulur. Bu isə müxtəlif xroniki xəstəliklərin yaranmasına gətirib çıxarır.

Bundan əlavə, bir çoxları sağlamlıqlarını düşünmədən sehrli üsullara əl ataraq arıqlama və ya iştah öldürmə preparatlarından, arıqlama kokteyllərindən istifadə edir, bədənlərində o vasitələrə aludəlik, orqanizmdə geriyə dönüşü olmayan zərərli proseslərin başlanğıcına gətirəcək mexanizmi işə salırlar.

loading...

İndiki zəmanədə “sağlam insan”-ın iqtisadi baxımdan heç kimi qazandırmayacağını düşünsəniz, aldığınız arıqlama preparatlarının kimin üçün daha faydalı olduğunu təhlil etsəniz, qeyri-peşəkarlar tərəfindən tərtib edilmiş, fərdi xüsusiyyətlərinizi nəzərə almayan kommersiya məqsədi daşıyan pəhrizlərin kimin üçün daha sərfəli olduğunu analiz etsəniz, özünüzə, sağlamlığınıza və bədəninizə qarşı daha diqqət və qayğı ilə yanaşmağa başlayacaqsınız.

Dr. Nərgiz Nazirova

loading...

Bunuda oxu...