BAŞQASININ ENERJİSİNİ SORMAĞIN ƏN ASAN YOLLARI – MARAQLIDIR

Lyudmila Morvina, bionerji terapevti, həyat enerjisi haqqında vacib tövsiyələr verib və enerji vampirləri ilə mübarizə yollarından danışıb.

Hər gün həyat enerjisini oğurlayan insanlarla qarşılaşırıq ancaq bunun niyə və necə baş verməsi, eləcə də enerji vampirləri ilə mübarizə üsulları barədə çox az bilirik.

Artıq sirr deyil ki, insan sadəcə fiziki varlıq deyil, həm də alimlərə çoxdan məlum olan enerji sahəsidir. Bu, beynin elektrik şüaları, eləcə də bionerji və ya bioplazmadır.

loading...

Mütəxəssislər iddia edir ki, insanlar hər zaman, hətta yatdığı və ya səssiz olduğu vaxtlarda da aralarından enerji mübadiləsi baş verir. Başqasının energetika sahəsi ilə qarşılıqlı təsirini şüuraltı olaraq hiss edirik, biz buna ya əhval-ruhiyyənin, ya da fiziki vəziyyətin dəyişməsi ilə ona reaksiya veririk.

Əgər hər hansı insanla münasibət qurmaq sizin üçün asan və xoşdursa, onunla eyni anda susa bilirsinizsə, deməli, enerji mübadiləniz əla gedir, siz bir-birinizi mənəvi baxımdan qidalandırırsınız. Odur ki, bundan hər ikiniz qazanırsınız. Əgər siz qıcıq, təşviş, hətta qəfil ağrı və ya gücünüzün birdən-birə yox olduğunu hiss edirsinizsə, deməli, o adam sizin üçün enerji oğrusudur.

Bionerji hər kəsə qan və limfalar kimi vacibdir. Amma bəzi vaxtlarda enerjinin səviyyəsi inanılmaz dərəcədə aşağı düşür. Enerji çatışmazlığının səbəbləri müxtəlif ola bilər: ağır xəstəlik, qocalıq, güclü yorğunluq və s. Lakin insanı heç nə qəzəb, qıcıqlanma, həsəd, günah və qısqanclıq kimi mənfi hisslər qədər yormur. Sadalanan bütün neqativlər insan enerjisinin tükənməsinə yol açır. Məhz həsəd, paxıllıq və qəzəb kimi emosiyalar enerji sahəsində dəliklər yaradaraq gücün bu dəliklərdən “axmasına” şərait yaradır. Dolayısı ilə enerji itkisinə məruz qalan insan tükənməkdə olan ehtiyatlarını doldurmağın yollarını axtarmağa başlayır.

İctimai nəqliyyat istifadəsi insan enerjisinin tükənməsinə səbəb ola bilər. Biz hər səhər hirsini başqalarının üstünə tökməyə hazır olan sərnişinlərlə rastlaşırıq. Ümumi əhval-ruhiyyəyə daha çox məruz qalsanız, bədbəxtlik içində “vahid” olma riskiniz daha çoxdur.

Sakit, nikbin insanların bionerji sahəsində adətən tarazlıq hökm sürür və o qızıl yumurtanı xatırladır. Belə enerji sahəsini pozmaq çətindir. Amma acgöz “vampir” potensial qurbanın enerjisini soraraq özü ilə bərabərləşdirməyə çalışacaq. Resept sadədir: sizi qəzəbləndirməyə çalışacaqlar. Hirsləndiyiniz zaman emosiyalarla birlikdə enerjinin böyük hissəsini də boşaldırsınız.

Arzu olunan enerji “qonaqlığını” qorxu vasitəsilə də almaq olar: qorxu insanın aurasında “deşiklər” əmələ gətirir. Energetika vampiri onların arasından girərək öz ziyafətinə başlayır.

Çox vaxt qurbanlıq səcdəgahına könüllü olaraq gedirik! “Səndən başqa heç kəsə etibar edə bilmərəm”, “Elə bədbəxtəm ki…” sözlərinə necə biganə qalmaq olar? Bu zaman ürəyiniz açılır və enerjiniz sanki deşikli qaz balonundan axaraq azalır. Kiminsə ağrı və acılarını dinlədikdən sonra hər zaman dəhşətli yorğunluq və laqeydlik hiss edirsiniz.

Bəzən enerji vampirini siz daha yaxın ətrafda tapa bilərsiniz. Yaxınlarınızdan heç kim sizdən daha çox enerji sormağı və zərər verməyi qarşısına məqsəd qoymur. Bu, şüuraltı səviyyədə baş verir. Birlikdə yaşamağın müsbət tərəfləri odur ki, zəruri hallarda ailə üzvləri bizi avtomatik olaraq “enerji” ilə “qidalandırır”.

Evli cütlüklərin enerji balansının nə qədər ahəngdar olmasına baxmayaraq, heç kim gözlənilməz uğursuzluqlardan sığortalanmayıb. Həyəcanlanmış qadınlar həyat yoldaşının vəziyyətində narahatlıq sezir, amma məsələnin nə olduğunu anlamırlar. Bir çox hallarda kişilər münasibtələrə daha az şəxsi enerji sərf etməyə başlayanda, qadınlar elə düşünür ki, həyat yoldaşının sevgisi tükənib.

Həyəcan siqnalı qaldırmağa və şikayət etməyə tələsməyin. Bu dəyişikliklərin nə ilə bağlı ola biləcəyini düşünün: bəlkə əriniz işdə yorulub və ya səhhəti pisləşib, yaxud da səbəb işdə hər hansı böhran vəziyyəti və qohumlar arasında yaranmış narazılıqlardır. Odur ki, kişi tez-tez istirahət etmək, psixoloji rahatlıq və ya təklik tələb edir. Ona kömək edin.

Qalmaqal isə bir insanın həyat enerjisini sormaq üçün ən etibarlı bir üsuldur. Söz-söhbət nəticəsində yaranan boşluq təhqiramiz sözlərin mübadiləsi ilə deyil, qışqıran adamın əhəmiyyətli miqdarda güc itkisi ilə bağlıdır. Əgər münaqişələrin müntəzəm təşviqatçısınızsa, əminliklə demək olar ki, siz əriniz, oğlunuz, atanız və s. şəxslərin enerjisi ilə “bəslənirsiniz”.

Bir çox ailələrdə qalmaqalların baş vermə səbəbi ər-arvadın enerji mübadiləsinin başqa bir üsulunu bilməməsi ilə izah edilir.

Həyatın rəngi

3-4 yaşadək olan uşaqlar müəyyən bir risk qrupu kimi təsbit edilə bilər: onların enerji təhlükəsizliyi aşağı səviyyədədir və valideynlərin ruhi vəziyyətindən çox asılıdırlar. Lakin o da həqiqətdir ki, uşaqlar enerji balansını böyüklərdən daha sürətli bərpa edirlər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...