BAŞINIZ AĞRIYIRSA BUNLARI YEYİN

Fəsil, hava dəyişməsindən və ya yuxusuzluqdan başınız ağrıyırsa, bu ağrıdan dərmanla deyil, bəzi məhsullarla qurtula bilərsiniz.

Ağrıkəsici və dərmanların təsir etmədiyi anlarda bəzi qidaların başağrısına müsbət təsir etdiyini qeyd edən qidalanma mütəxəssisləri bu “ağrıkəsən” məhsullardan bəzilərini sadalayır.

Potasiumla zəngin olan kartof məsləhət görülür. Sobada bişən kartof vücuddakı maye səviyyəsini düzənləyir.

loading...

Bədəndə su itkisi baş ağrısının ən vacib səbəblərindən biridir. Başda qarpız olmaqla, başağrısı olan vaxtlarda, sulu meyvələrə üstünlük vermək daha doğru olar.

Aşırı spirtli içki içildikdən sonra, damarlar genişlənir və bu səbəbdən baş ağrısı arta bilər. Bu zaman qəhvə içmək olar, kofein damarları daraldaraq , başağrısını önləyə bilər.

Bəzən karbohidrat azlığı da baş ağrısına səbəb ola bilər. Tam taxıllı çörək bədəndəki su itkisini düzənləyib, başağrısnı önləyə bilər.

Badamın tərkibindəki magnezuim damarları rahatlandırır və migren, baş ağrısının qarşısını alır.

Kalsium ilə zəngin yağsız qatıq baş ağrısına yaxşı təsir edir.

Susam xüsusilədə qadınlar üçün çox vacib bir məhsuldur. Tərkibində E vitamini olduğu üçün qadınların xüsusi günlərində olan başağrısına yaxşı təsir edir.

Qırmızı bibər və ona oxşar ədviyyatlı souslar baş ağrısının təsirini digər məhsullarla nisbətdə daha tez azaldır. Xüsusilə sinuslarında problem olanlar ədviyyatlı yeməklər yeməklə bu başağrısının qarşısını ala bilər.

Qan təzyiqini aşağı salan ispanaq, başağrısına da müsət təsir edir. Uzmanlar, qan təzyiqi yüksək olanlara, ispanağın təsirinin artması üçün bu tərəvəzin yarpaqlarından salat düzəldib yemələrini məsləhət edir.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...