BAŞ BEYİN

Beyin insultuBaş beyin boz və ağ maddələrdən təşkil olunmuşdur. Boz maddə baş beynin və beyinciyin qabığını əmələ gətirir.

Bundan başqa boz maddə beyin kötüyünün çox saylı nüvələrinin tərkibinə daxildir.

Beyin kötüyü uzunsov beynindən, körpüdən ara beyindən və uc beynin bazal hissəsindən ibarətdir. Beyin kötüyü onun tərkib hissələri arasında əlaqə yaradan daxili aparata malikdir. Bu aparatda beyin qabığına və beyinciyə qalxan, beyin qabığınından onun kötüyünə və onurğa beyninə yenən sinir impulsları ötürən nüvə olur.

loading...

Beyin kötüyünün boz maddəsində funksional cəhətdən fərqlənən hərəki, hissi və aralıq çox çıxıntılı neyronlardan təşkil olunmuş nüvələr yerləşir. Hərəki neyronlar onurğa beynin ventral buynuzlarındakı hüceyrələrlə analojidir.

Bunlar kəllə beyin sinirlərinin hərəki və qarışıq nüvələrini əmələ gətirir. Kötüyün hissi nüvələri onurğa beynin dorsal buynuzlarındakı neyronları ilə analojidir. Bu neyronlarda spiral düyünlərin aksonları qurtarır. Bu aksonlar onurğa beynin dorsal kötüyünün və ya başın hissi nüvələrinin (yarımaypara, dizli) tərkibində olur. Əksər nüvələr onurğa beyinə, kötüyə, beyin qabığına və qabıqdan kötüyün apparatına sinir impulsları ötürür.

Uzunsov beyin 4-cü beyin mədəciyinin dibində yerləşən kəllə sinirlərinin xüsusi apparatının hissi və hərəki nüvələrini saxlayır. Hissi nüvələr kənarda, hərəki nüvələr isə medialda yerləşir. Uzunsov beyində baş beynin digər şöbələrinə sinir impulsları ötürən nüvələr də yerləşir.

Belə nüvələrə aşağı zeytun nüvələri aiddir. Bu nüvələrdə yerləşən iri çox çıxıntılı neyronların neyritləri beyincik və görmə qabarının hüceyrələrində sinapslar əmələ gətirir.

Aşağı zeytun nüvələrinə beyincikdən, qırmızı nüvədən, retikulyar formasiyadan və onurğa beyindən sinir lifləri daxil olur.

Baş beynin əsas kordinasiya aparatı retikulyar formasiya olub, uzunsov beynin mərkəzində yerləşir. Burada sinir liflərinin torunda multıpolyar neyrositlər olur. Retikulyar formasiya mürəkkəb reflektor mərkəz olub, beyin kötüyünün mərkəzi hissəsi ilə ara beyinə kimi yayılır.

Uzunsov beynin ağ maddəsi ventralda yerləşir. Uzunsov beynin əsas sinir lifləri-kortikospinal dəstələr yəni uzunsov beynin piramidaları ventralda yerləşir. Onurğa beyincik yolları kəndirvari cisimcik əmələ gətirir.

Pazvarı düyünün neyronlarının beyinciyə daxil olan çıxıntıları və zərif lifləri torvarı maddəni keçərək görmə qabarına yollanır.

Körpü çoxlu eninə istiqamətdə olan sinir liflərindən və onların arasında yerləşən neyronlardan ibarətdir.

Orta beyin 4 təpəli cismin boz maddəsindən, şindən və beyin ayaqcıqlarını əmələ gətirən baş beyin qabığından gedən mielinli sinir liflərindən təşkil olunmuşdur. Şin hissəsinin mərkəzində boz maddə yerləşir həmin maddədə multipolyar, xırda iyvarı hüceyrələr və liflər olur.

Ara beyin görmə qabarından ibarətdir. Görmə qabarının altında hipotalamik sahə yerləşir. Görmə qabarında birbirindən ağ maddə ilə sərhədlənən nüvələri qoşur. Talamik nahiyənin ventral nüvələrində qalxan hissi liflər qurtarır. Bu liflər isə sinir impulslarını beyin qabığına ötürür.

Hipotalamik nahiyə baş beynin vegetativ mərkəzi olub, temperaturu, qan təzyiqini, su və duz mübadiləsini tənzim edir.

Beyincik hərəkətləri və müvazinəti tənzim edən orqandır. Bunun afferent və efferent ötürücü yolları beyinciyin 3 cüt ayaqcığını əmələ gətirir. Beyinciyin üstündə dərin şırımlarla sərhədlənən çoxlu qırışlar olur. Boz maddə beyinciyin qabığını və nüvələrini əmələ gətirməklə ağ maddənin içində yerləşir.

Beyinciyin qabığında hüceyrəvi quruluşuna görə fərqlənən xarici molekulyar, orta qanglioz və daxili dənəli qatlar olur.

Beyincik qabığının efferent hüceyrələri (Purkinə hüceyrələri) bir sırada yerləşərək qanqlioz qatı əmələ gətirir.

Bu hüceyrələrin cismindən molekulyar qata 2-3 dendrit qalxır. Həmin dendiritlər eninə qırışlarda şaxələnərək, molekulyar qatın dərinliyinə keçir. Həmin hüceyrələrin əks qütbündən neyritlər çıxır. Neyritlər mielnli sinir lifləri şəklində ağ maddənin tərkibində beyincik nüvələrinə daxil olur. Dənəli qatın sərhəddində neyritllər kollateral şaxələr verərək, qanqlioz qata qayıdıb, armudvari hüceyrələrlə sinaps əlaqəsi yaradır.

Beyinciyin molekulyar qatı səbətvari və ulduzvari tormozlayıcı neyronlardan ibarətdir. Səbətvari hüceyrələr molekulyar qatın dərinliyində yerləşir. Bu hüceyrələrin perikarionu xırda olub (10-20 mkm) nazik uzun dendritlərə və aksonlara malikdir. Bu çıxıntılar armudvari hüceyrələrin cismində sinaptik əlaqələr yaradır. Beyinciyin qabığında xırda və iri ulduzvari neyronlar olur. Xırda ulduzvari hüceyrələrin dendritləri qısa olur, neyritlər isə armudvari hüceyrələrin dendritlərində sinapslar yaradır. İri ulduzvari hüceyrələr güclü şaxələnən neyrit və dendritlərə malikdir.

Bunların dendritlərinin uc şaxələri armudvari hüceyrələrin dendritləri və cismi ilə təmas edir. Ulduzvari və səbətvari hüceyrələr beyincik qabığındakı armudvari hüceyrələrə tormozlayıcı impulslar göndərir.

Beyincik qabığının dənəli qatında dənəli hüceyrələr və 2 növ holci hüceyrələri (qısa və uzun neyritli) olur. Dənəli hüceyrələr həcmən kicik olub, yumru iri nüvəyə malikdir, 3- 4 qisa dendritinin quş ləpiri şəklində şaxələnməsi xarakterikdir. Dendritlərin uc şaxələri sinapslar əmələ gətirir.

Bu hüceyrələrin neyritləri molekulyar qata daxil olub T şəklində iki şaxəyə ayrılır və beyinciyin qırışları ilə onun səthində paralel hərəkət edərək armudvari hüceyrələrlə həm də səbətvari hüceyrələrlə sinapslar yaradır. Dənəli hüceyrələrin neyritləri kəndirvari sinir liflərindən aldığı oyanmanı sinapsların köməyi ilə armudvari neyronlarla və onların dendritlərinə ötürür.

Ulduzvari holçi hüceyrələr qısa və uzun neyritlərə malik hüceyrələrə ayrılır. Qısa çıxıntılı hüceyrələr qanqlioz qatın yaxınlığında yerləşir. Bunların dendritləri molekulyar qatda dənəli hüceyrələrin aksonları ilə sinapslar yaradır. Həmin hüceyrələrin neyritləri dənəli qatda dənəli hüceyrələrin dendritlərinin uc şöbələri ilə tormozlayıcı sinapslar yaradır və kəndirvari liflərdən dənəli hüceyrələrə oyadıcı impulsun yayılmasını blokadaya alır. Uzun çıxıntılı holçi hüceyrələri dənəli qatda şaxələnərək, beyinciyin ağ maddəsinə keçən dendrit və neyritlərin olması ilə xarakterizə olunur.

Beyinciyin qabığına 2 növ afferent liflər: mamırabənzər və sarmaşığabənzər liflər daxil olur. Mamırabənzər liflər beyinciyin ağ maddəsindən zeytun – beyincik və körpü – beyincik yolları tərkibində qabıq maddəsinə keçərək, dənəli hüceyrələrin dendiritlərinin terminal şaxələri ilə təmasda olaraq beyincik “yumaqcıqlarında” sinapslarla qurtarır.

Bunların neyritləri isə paralel liflərlə oyadıcı impulsları molekulyar qatın armudvari, səbətvari, ulduzvari və holçi hüceyrələrinin dendritlərinə çatdırır. Sarmaşığabənzər liflər beyincik qabığına onurğa beyin – beyincik və dəhliz – beyincik yolu ilə daxil olur.

Sarmaşığabənzər liflər qanqlioz, dənəli qatları keçərək, armudvari hüceyrələrə yaxınlaşır, molekulyar qata qalxaraq, həmin hüceyrələrdə sinapslarla qurtarır. Beyincik qabığına oyadıcı impulslar bilavasitə sarmaşığabənzər liflərlə armudvari hüceyrələrə çatdırılır yaxud mamırabənzər liflərlə dənəli hüceyrələrə çatdırılır. Armudvari hüceyrələrin degenrasiyası hərəkət kordinasiyasının pozulması ilə nəticələnir. Beləliklə, beyincik qabığına oyadıcı impulslar sarmaşığabənzər liflərə daxil olur və armudvari hüceyrələrə ötürülür. Beyincik qabığının efferent neyronlarının (armudvari hüceyrələr) tormozlanması ilə ulduzvari, səbətvari və holçi hüceyrələrinin oyanmasını təmin edir.

Beyincik qabığına dənəli hüceyrələrdən mamırabənzər liflərlə gələn oyanmanın kəsilməsi Holçi hüceyrələrinin tormozlayıcı sinapsları tərəfindən yerinə yetirilir.

Beyincik qabığının qliya elementlərinə lifli və plazmatik astrositlər aiddir. Molekulyar və qanqlioz qatlarda qlial makrofaqlar da yerləşirlər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...